İran əxlaq polislərinin fəaliyyətini bərpa edir
Dünya xəbərləri

İran əxlaq polislərinin fəaliyyətini bərpa edir

İranın əxlaq polisi qadınların ciddi İslami geyim qaydalarına riayət etmələri üçün öz faəliyyətini davam etdirəcək.

“Respublika” xəbər verir ki, bu barədə İran mühafizə orqanlarının sosial köməkçisi və sözçüsü Səid Möntəzərmahdi məlumat yayıb.

O, ölkə daxilindəki əxlaq polislərinin avtomobil və piyada patrullarının fəaliyyətinin bərpa ediləcəyini qeyd edib.

Qeyd edək ki, ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicabını səhv geyindiyinə görə həbs olunmasından sonra “tərbiyə” mərkəzində dünyasını dəyişməsi ilə əxlaq polisinin ölkədaxilindəki fəaliyyəti məhdudlaşdırılmışdı. Onun ölümü ölkəni sarsıdan ümummilli etirazlara səbəb oldu. Baş verən etirazlar İranın hakim ruhani rejimi üçün ən böyük daxili təhdidlərdən biri kimi qiymətləndirilir.

Nurlan ABDALOV,

"Respublika".