İranda baş vermiş yanğın nəticəsində 32 nəfər həlak olub
Dünya xəbərləri

İranda baş vermiş yanğın nəticəsində 32 nəfər həlak olub

İranın Gilan vilayətində fəaliyyət göstərən narkoloji mərkəzdə baş verən yanğın nəticəsində 32 nəfər həlak olub, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

"Respublika" xəbər verir ki, bu barədə Gilan valisinin müavini (ostandar) Məhəmməd Cəlali məlumat verib. O bildirib ki, yanğının baş vermə səbəbi araşdırılır.

Hazırda yanğın söndürülüb. Xüsusi xidmət orqanları hadisə yerində araşdırma aparırlar.