İranda türbəyə silahlı hücum olub-4 ölü, 8 yaralı
Dünya xəbərləri

İranda türbəyə silahlı hücum olub-4 ölü, 8 yaralı

İranın Şiraz şəhərində Şah Çərəq türbəsinə silahlı basqın olub. Hücum zamanı 4 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.

"Respublika" "CNN"ə istinadən xəbər verir ki, hücum edənlərdən biri tutulub, digəri isə qaçıb.

Hücumdan sonra məqbərənin çöl girişləri bağlanıb. Hazırda ziyarətgah ətrafında sıx təhlükəsizlik tədbirləri görülür.

Töhfə SƏMƏDOVA,

"Respublika".