Gürcüstanın xarici borcu 24,2 milyard dollar təşkil edir
Dünya xəbərləri

Gürcüstanın xarici borcu 24,2 milyard dollar təşkil edir

Gürcüstanın ümumi xarici borcu ötən ilin sonlarında artaraq 24 milyard dolları keçib.

"Respublika" xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Bankının saytında yayımlanıb.

Bildirilir ki, ölkənin xarici borcu 2023-cü il dekabrın 31-nə 24,2 milyard dollar təşkil edib. Bu da ümumi daxili məhsulun 79,2 faizi deməkdir.

Xarici borcun 11,2 milyard dollarını dövlət borcu (ÜDM-in 30,2 faizi) təşkil edir. Bank sektorunun borcu 7,3 milyard dollar, özəl müəssisələrin borcu 4,6 milyard dollar, şirkətlər arasında borc isə 2,7 milyard dollardır.

Qeyd olunub ki, borcda xarici valyutada olan borcun xüsusi çəkisi 88,5 faizdir.