İşğaldan azad olunmuş ərazilərdə Çətənə kolu plantasiyaları aşkarlanıb
Region

İşğaldan azad olunmuş ərazilərdə Çətənə kolu plantasiyaları aşkarlanıb

Xocalının Təzəbinə kəndi

Xocalının Təzəbinə kəndinin ərazisində 10 hektardan artıq ərazidə kultivasiya üsulu ilə yetişdirilən çətənə plantasiyası aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çətənə plantasiyası erməni separatçıları tərəfindən kəndin əkin sahəsində salınıb.

Mütəxəssislər hesab edirlər ki, həmin bu narkotik vasitə yəni, çətənə kolu sativa növüdür. Sativa növü dünya bazarında daha çox alınan və tələbata ehtiyacı olan növdür. Qara bazarda qurudulmuş bu növ çətənənin bir kiloqramının qiyməti 8-10 min manat arasında dəyişir.

Qeyd edək ki, Təzəbinə Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatçılardan təmizlənib.

Ağdamın Sırxavənd kəndi

Ağdamın Sırxavənd kəndi ərazisində 10 hektara yaxın ərazidə kultivasiya üsulu ilə yetişdirilən çətənə kolu plantasiyası aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vaxtilə ərazi separatçılar tərəfindən mühafizə olunurmuş. Burada gözətçi qülləsi də var. Axtarış zamanı ərazidən 4 ədəd avtomat silah da aşkarlanıb.

Qeyd edək ki, Sırxavənd kəndi Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatçılardan təmizlənib.