LERİK: Mənəvi borcumuz
Region

LERİK: Mənəvi borcumuz

"44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. I Qarabağ və Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğulların adları Azərbaycan xalqının qəlbində yaşayacaq. Canını doğma Azərbaycanın bütövlüyü uğrunda qurban verib şəhidlik zirvəsinə ucalanların əziz xatirələri hər zaman ehtiramla yad ediləcək". Bu səmimi fikirləri Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bir qrup şəhid ailələri ilə görüş zamanı söylədi.

Ə.Abbasov bildirdi ki, Vətənin azadlığı uğrunda canını fəda edən lerikli igidlər çoxdur. Rayonda hər yerdə, hər zaman onların adları fəxrlə çəkilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Şəhid ailələrinə dövlət tərəfindən daim dəstək göstərilir, onlara mənzillər, minik avtomobilləri verilir. Rayon rəhbəri görüşdə şəhid ailələrinin problemləri və onları narahat edən məsələləri dinlədi. Əksər müraciətlər yerindəcə öz həllini tapdı.

 Görüşdə şəhidlərin valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açaraq onlarla bağlı xatirələrini bölüşdülər, diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

 Zəfər ORUCOĞLU.