İsmayıllıda meşə təmizliyi aksiyası keçirilib
Sosial həyat

İsmayıllıda meşə təmizliyi aksiyası keçirilib

İsmayıllıda meşə ərazisi daim təmizlənir.

“Respublika” xəbər verir ki, ətraf mühitin təmizliyi məqsədilə keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Şahdağ Milli Parkının, İsmayıllı regional Hidrometeorologiya müəssisəsinin və Tircan Bələdiyyəsinin əməkdaşları, o cümlədən İsmayıllı gəncləri aktiv iştirak edib.

Aksiyada toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə poliqona daşınıb.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, insanların tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən əhalinin ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə, ekoloji vəziyyətin yaxşılaşdırılmasında cəmiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Mikayıl QULUYEV,

“Respublika”.