İstanbul derbisi: “Qalatasaray” “Beşiktaş”a qarşı
İdman

İstanbul derbisi: “Qalatasaray” “Beşiktaş”a qarşı

Bu gün futbol üzrə Türkiyə Superliqasında IX tura start veriləcək.

"Respublika" xəbər verir ki, turun mərkəzi qarşılaşması “Qalatasaray” və “Beşiktaş” komandaları arasında olacaq. “Rams Park” stadionunda keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Halil Umut Meler idarə edəcək.

Səkkiz turdan sonra “sarı-qırmızılılar” 22 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıblar. 16 xalı olan “ağ-qaralar” isə 4-cü sırada yer alıblar.

İlk oyun günündə derbi ilə yanaşı, “Kayserispor” – “Rizespor”, “Qaziantep” – “Antalyaspor” və “Konyaspor” – “Pendikspor” oyunları da keçiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqasında turnir cədvəlinə 8 turdan sonra maksimum nəticə (24 xal) ilə “Fənərbağça” başçılıq edir.