İstiqraz sahiblərinin gəlirləri artıb
İQTİSADİYYAT

İstiqraz sahiblərinin gəlirləri artıb

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının altıncı kupon ödənişi 1 may 2023-cü il tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.

Bakı Fond Birjasında yerləşdirildiyi 18 aylıq müddət ərzində ən çox investisiya edilən qiymətli kağıza çevrilən yeni SOCAR İstiqrazları altıncı kupon ödənişi nəticəsində sahiblərinə 1 milyon 125 min ABŞ dolları gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 6 milyon 750 min ABŞ dollarına yüksəlib.

Təkrar bazar əməliyyatları həcminin 32 milyon ABŞ dollarını ötməsi, bağlanmış əqd sayının 450-yə yüksəlməsi və ən çox ticarət olunan korporativ maliyyə aləti statusunu qoruyub-saxlaması SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.