İtaliyalı nazir müavini: Azərbaycan bizim üçün strateji tərəfdaşdır
Siyasət

İtaliyalı nazir müavini: Azərbaycan bizim üçün strateji tərəfdaşdır

Aprelin 3- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının xarici işlər beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub iki ölkə arasında siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub.

Tərəflər, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, o cümlədən enerji nəqliyyat layihələrində, alternativ enerji layihələri istiqamətində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın 30 il ərzində ərazilərimizin işğalı nəticəsində törətdiyi vandallıqlar, 2020-ci il müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa quruculuq işləri barədə italyan nazir müavinini məlumatlandırıb. Bununla yanaşı, Ermənistan tərəfinin öhdəliklərinə zidd olaraq sülh prosesinə qarşı törətdiyi maneələr, siyasi hərbi təxribatları, davam edən mina təhdidləri qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir müavini Edmondo Çirielli Azərbaycanın İtaliya üçün strateji tərəfdaş olduğunu qeyd edərək, münaqişənin başa çatması ilə bütün bölgədə yeni dövrün başladığını daha əlverişli imkanların yarandığını qeyd edib. O, həmçinin iki ölkə arasında münasibətlərin hərtərəfli genişləndirilməsi üçün yeni imkanlar əməkdaşlığın inkişaf perspektivləri barədə danışıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq regional məsələlər müzakirə olunub.