İzmirdəki Türkmən Həkimləri Dərnəyinin sədri Muxtar Fatih Beydilidən
Məktublar

İzmirdəki Türkmən Həkimləri Dərnəyinin sədri Muxtar Fatih Beydilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə İmadəddin Nəsiminin nəvələri, Hələb türkmənləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram. Siz Azərbaycanın yeni tarixini yazdınız.

Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə, 

Muxtar Fatih Beydili

İzmirdəki Türkmən Həkimləri Dərnəyinin sədri