Rusiyalı sahibkar Alişer Usmanovdan
Məktublar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz təbiət etibarilə əsl lider, böyük ürəyi və parlaq zəkası olan insansınız. Siz müzəffərsiniz və daim Azərbaycan xalqına lazım olanı əldə edirsiniz. Siz millətin müdrik və xeyirxah atası, bütün azərbaycanlıların sevgi hissi bəslədiyi dövlət xadimisiniz.

Sizə səmimi-qəlbdən cansağlığı və xoşbəxtlik arzulayıram. Allah Sizi, Azərbaycanı və Azərbaycan xalqını hifz etsin!

Hörmət və böyük minnətdarlıq hissi ilə,

Alişer USMANOV,

Rusiyalı sahibkar.