Karate üzrə respublika birinciliyi və çempionatı keçirilib
İdman

Karate üzrə respublika birinciliyi və çempionatı keçirilib

Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən full kontakt karate və kyokuşin karate növləri üzrə 25-ci açıq respublika birinciliyi və çempionatı keçirilib.

"Respublika" xəbər verir ki, AKF-dən verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, AKF-in vitse-prezidenti Allahverdi Rüstəmov və digər rəsmi şəxslər iştirak ediblər. Yarışın açılış mərasimində son 1 il ərzində fərqlənən məşqçi və hakimlər təltif olunublar.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışda paytaxtla yanaşı, bölgələrdən 250-dən çox idmançı mübarizə aparıb. Qaliblər 48 dəst medal uğrunda qüvvələrini sınayıblar.