III Avropa Oyunları: Bu gün daha 26 medal dəsti sahibini tapacaq
İdman

III Avropa Oyunları: Bu gün daha 26 medal dəsti sahibini tapacaq

Polşada keçirilən III Avropa Oyunları davam edir.

İyulun 1-də 26 medal dəsti sahibini tapacaq. Bununla da oynanılan medal dəstlərinin sayı 223-ə çatacaq. Avropa Oyunlarının 11-ci günündə tamaşaçılar 12 növdə mübarizəyə şahid olacaqlar.

Çimərlik futbolu, triatlon, müasir beşnövçülük, teqbal, dağdan tramplinlə tullanma və stolüstü tennis yarışlarına yekun vurulacaq. Həmçinin birgünlük mübarizəyə start verən cüdoçular Avropa Oyunlarında çıxışını başa vuracaq.

Bu növlərdən başqa, boks, atıcılıq, kanoe-slalom və badmintonda da medal dəstləri sahibini tapacaq. Kikboksinqdə isə yarışlar davam edəcək.

İyulun 1-də Azərbaycan idmançıları çimərlik futbolu, cüdo və kikboksinqdə gücünü sınayacaq.

Cüdo

12:00. Qarışıq komanda yarışları, 1/16 final

Azərbaycan - Çexiya

Azərbaycan (Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev, Elcan Hacıyev, Vüqar Talıbov, Camal Həmzətxanov, İmran Yusifov, Fidan Əlizadə, Südabə Ağayeva, Günel Həsənli, Nərmin Əmirli, Nigar Süleymanova)

Kikboksinq

13:15. Kişilər, full kontakt, 63,5 kq, yarımfinal

Fərid Ağamoğlanov - Milton Ameriko Barrios Qalaretta (Norveç)

Çimərlik futbolu

16:00. Kişilər, 5-ci yer uğrunda oyun

Moldova – Azərbaycan