Konstitusiya Məhkəməsi Gəncə Şəhər Məhkəməsinin müraciətinə baxıb
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Gəncə Şəhər Məhkəməsinin müraciətinə baxıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının fevralın 6-da növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin şərh edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 28-nə təyin edilmiş iclasında baxılacaq.