Digər xəbərlər

"Coğrafi göstəricilər" layihəsi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə verilən məlumata görə, səfər çərçivəsində iyunun 25- ÜƏMT-nin mütəxəssisləri tərəfindən "Coğrafi göstəricilər" layihəsinə start verilib. Biznes sahibkarlıqla məşğul olan şirkətlərin nümayəndələri ilə layihə çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov belə görüşlərin əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür görüşlər gələcəkdə səmərəli əməkdaşlığa zəmin yaradır.

ÜƏMT-nin Baş direktorunun müavini Hasan Kleyb layihənin bir neçə mərhələdən ibarət olacağını deyib: "Layihə ilə bağlı bütün sahibkarlarla görüş keçiriləcək. Daha sonra əsas diqqət brend, qablaşdırılma, biznes strategiyasına yönləndiriləcək. Layihə 6 aydan 10-11 aya qədər davam edə bilər. İndoneziya, Banqladeş, Pakistan digər ölkələrdə müəyyən layihələrimiz həyata keçirilir nəticələr kifayət qədər ürəkaçandır. Azərbaycanda keçiriləcək layihəyə isə bir neçə xarici mütəxəssis cəlb ediləcək. Eyni zamanda, yerli mütəxəssislərlə coğrafi göstəricilər barədə görüşlər keçirmişik. Qeyd edim ki, kiçik orta bizneslə məşğul olanlar iqtisadiyyatın əsas hissəsini təşkil edir. Layihənin nəticəsinə görə, daha çox yeni qruplar cəlb oluna bilər".

Hasan Kleyb vurğulayıb ki, bəzi ölkələr məhsulları satır, lakin onlar qeydiyyatdan keçməyiblər: "Biz onlara dəstək olub maarifləndirməliyik. Çünki qeydiyyatdan keçərlərsə, bu onlara yerli məhsulları daha yaxşı satmağa beynəlxalq bazara çıxarmağa kömək edəcək. Həmçinin biz, standart məhsulu premiuma çevirməliyik. Məhsulu premium edəndə onu satmaq da asan olur", - deyə Hasan Kleyb bildirib.

Qeyd edək ki, layihə çərçivəsində bir sıra biznes sahibkarları ilə fikir mübadiləsi aparılıb onların təklifləri dəyərləndirilib.

M.MUSTAFAYEV,

Respublika”.