Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Sultan oğlu İmanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 4 noyabr 2021-ci il