Laçına qayıdan sakinlərin üzündəki sevinc hissi hər birimizi duyğulandırdı
Sosial həyat

Laçına qayıdan sakinlərin üzündəki sevinc hissi hər birimizi duyğulandırdı

Hazırda biz bir zamanlar arzuladığımız günlərin xoşbəxtliyini yaşayırıq. Vaxtilə Ermənistanın işğalı altında qalmış, tamamilə dağıdılmış Şərqi Zəngəzurumuz Qarabağımız indi azaddır, yenidən dirçəlir, öz sakinlərini qarşılayır.

Bu günləri biz uzun illər gözlədik, inamımızı itirmədik. Əmin idik ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bu ağrılı problemi bir gün qələbəmizlə başa çatacaq. Yenilməz Orduya, güclü iqtisadiyyata malik olan Azərbaycan cəmi 44 günə işğalçı ordunu məhv etdi. Müharibədən sonra dünya ictimaiyyəti bir daha anladı ki, ermənilər o torpaqlarda yaddır, sadəcə işğalçıdırlar uzun illər dünyanı aldatmağa çalışıblar. Onların işi yalnız talançılıq vandalizm olub, hər şeyə oğru gözü ilə baxıblar. Bu gün isə Azərbaycan həmin əraziləri yenidən qurur, çünki özünə məxsusdur, öz torpaqlarıdır. Cocuq Mərcanlıdan start götürən Böyük Qayıdış proqramı Ağalı Talış kəndlərindən sonra bu gün Laçın şəhərində davam edir.

 Mayın 28- - Müstəqillik Günündə Laçın şəhəri öz doğma sakinlərinə qucaq açdı, bayram bayrama qarışdı. Bu, təkcə laçınlılar deyil, həm bütün azərbaycanlıları üçün ikiqat bayram oldu hər birimizi qürurlandırdı. Dövlətimizin əsas strateji hədəflərindən biri işğaldan azad olunmuş bütün əraziləri bərpa etmək sakinləri ata yurdlarına qaytarmaqdır. Bu istiqamətdə sürətli sistemli aparılır bütün proses bilavasitə Prezident İlham Əliyevin nəzarətindədir. Onun bölgəyə hər səfəri bizim üçün yeni müjdələrdən xəbər verir. Təbii ki, qısa müddət ərzində bu qədər işləri görmək, sakinlərin bir qismini oraya köçürmək ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Dövlətimizin başçısının Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı ifadə etdiyi kimi, cəmi 7-8 ay ərzində şəhərdə möhtəşəm işlər görülüb, evlər, binalar inşa edilib. Sakinlərin rahat xoşbəxt yaşaması üçün hər cür şərait yaradılır. Prezidentimiz sakinlərə evlərinin açarlarını təqdim edərkən onların üzlərində olan sevinc, fərəh hissi, Vətən sevgisi, sözsüz ki, hər birimizi həm qürurlandırdı, həm duyğulandırdı. Həqiqətən , məcburi köçkün həyatı yaşamış bacı qardaşlarımız çətin günlərdən keçdilər, əzab-əziyyətlərə qatlaşdılar, lakin ümidlərini itirmədilər. Bu gün isə artıq çətinliklər arxada qalıb, onlar üçün yeni xoşbəxt firavan həyat başlayır.

Dövlətimizin başçısı qeyd etdi ki, separatizmin kitabı bağlanıb. Ona görə hələ bu düşüncədə olanlar yanılırlar. Onlar baş verənlərdən yaxşı dərs çıxarmalı reallığı qəbul etməlidirlər. Azərbaycan ərazisində yaşayan xalqlar bu ölkənin vətəndaşlarıdır, onların bütün hüquqları ən ali səviyyədə təmin edilir xoşbəxt yaşayırlar. Azərbaycan hər zaman sülhün tərəfdarı olub Ermənistanla sülh müqaviləsinin imzalanması üçün səylə çalışır. Ermənistan tərəfi bilməlidir ki, sülh onlar üçün daha vacibdir. Bu, onların düşdüyü ağır sosial-iqtisadi siyasi vəziyyətdən yeganə çıxış yoludur.

Səttar MÖHBALIYEV,

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.