Yaddaşlarda qəhrəman  gənc kimi yaşayacaq
Sosial həyat

Yaddaşlarda qəhrəman  gənc kimi yaşayacaq

2020-ci il sentyabrın 27- işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Ordumuzun başlatdığı 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Bu haqq savaşında qələbəyə görə şəhidlərimizə qazilərimizə borcluyuq. Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib ölüm-dirim savaşına atılanların qəlbində bir hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!

Şəhidlik ən ali, müqəddəs şərəfli zirvədir. Şəhidlər Vətənin, millətin yolunda canlarından keçən insanlardır. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan biri Silahlı Qüvvələrimizin giziri Ruslan Mahir oğlu Şahbazov 1991-ci il iyulun 14- Tərtər rayonunun Ələsgərli kəndində anadan olub. Əslən Laçın rayonunun Mayis kəndindəndir. Ruslan orta məktəbi elə Ələsgərli kəndində bitirib. 2009-cu ildə hərbi xidmətə yollanan Ruslan 2011-ci ildə başa vuraraq evə qayıdır. Ancaq vətənə olan sevgisi onu yenidən hərbiyə qaytarır. Ruslan 2014- ildən müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayır. Daha sonra 2018-ci ildə xüsusi kurs keçərək gizir rütbəsini alır. Vətən uğrunda canını fəda edərək uca zirvəyə - şəhidlik zirvəsinə ucalan Ruslan Şahbazovun ailəsi onunla fəxr edir. Ruslan Şahbazov 2016- ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Qorxmazlığı, igidliyi, qoçaqlığı, cəsarəti ilə fərqləndiyinə görə döyüş yoldaşları ona "Şahbaz" ləqəbi verib.

44 günlük Vətən müharibəsi başlayanda Ruslan Şahbazov Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşur, düşmənin 5 tankını çoxlu sayda canlı qüvvəsini məhv edir. Son döyüşü elə Talış yüksəkliyində olur. Sentyabrın 29-da şəhidlik zirvəsinə yüksəlir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Ruslan Şahbazov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Şəhidin adının əbədiləşdirilməsi məqsədilə Tərtər şəhərinin mərkəzi küçələrindən birinə Ruslan Şahbazovun adı verilmişdir.

Bir igidin ömrü beləcə yarımçıq qaldı. Düşmən onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının xalqımızın yaddaşında qəhrəman bir gənc kimi yaşayacaq.Vətən uğrunda canından, qanından keçən Ruslanın ailəsi üçün ən böyük təsəlli odur ki, artıq heç bir şəhidin qanı yerdə qalmayıb.

Bu gün hər birimiz üçün şəhid məzarları and yerinə çevrilib. Vətən bölünməz - şəhidlər ölməz! Heç kim unudulmur, heç kim yaddan çıxmır.

M.MİRZƏ,

"Respublika".