“Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişiklik edilib
Məlumat

“Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişiklik edilib

Milli Məclis “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.

“Respublika” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iyulun 14-də keçirilən plenar iclasında müzakirə edilib.

Sənədə əsasən Qanuna 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı” daxil edilib.

- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi;

- ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi;

- taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi;

- taksi sifarişi operatoru fəaliyyətinə icazə.