Mac Harb: Prezident İlham Əliyev Azərbaycanı dünyanın digər dövlətləri üçün nümunəvi ölkəyə çevirib
MÜSAHİBƏLƏR

Mac Harb: Prezident İlham Əliyev Azərbaycanı dünyanın digər dövlətləri üçün nümunəvi ölkəyə çevirib

Bu çox mühüm Forumda iştirak etdiyimiz üçün çox şadıq. Forumun açılışında inanılmaz dinamik nitqinə görə Prezident İlham Əliyevi təbrik edirəm.

Bu sözləri Kanadanın İcmalar Palatasının sabiq üzvü Mac Harb söyləyib.

Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü çərçivəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışdığını vurğulayan Mac Harb deyib: "Biz Prezident İlham Əliyevin rəhbərliyi sayəsində buradayıq. Geniş dünyagörüşünə və Azərbaycanı regionda lider ölkəyə çevirərək, dünyanın digər dövlətləri üçün nümunəvi bir ölkə qurmaq yolunda göstərdiyi qeyri-adi səylərə görə təbrik etmək lazımdır".