Malayziyada səfərdə olan nümayəndə heyəti bir sıra görüşlər keçirib
Digər xəbərlər

Malayziyada səfərdə olan nümayəndə heyəti bir sıra görüşlər keçirib

DQİDK-nin mətbuat xidmətindən bildirilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşlarından ibarət nümayəndə heyətinin Malayziyaya işgüzar səfəri davam edir. Nümayəndə heyəti 22-26 may 2023-cü il tarixlərində rəsmi səfər çərçivəsində Malayziya Beynəlxalq İslam Universitetini (International Islamic University Malaysia) ziyarət edib.

Malayziya Beynəlxalq İslam Universitetinin rektoru, professor Dzulkifli Abdul Razakla görüşdə dövlət-din münasibətləri, islamafobiya ilə mübarizə, ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması barədə müzakirələr aparılıb.

Aİİ rektoru, dosent Aqil Şirinov təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. A.Şirinov rəhbəri olduğu İnstitutda iki istiqamət – “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə tədris həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, “Dinşünaslıq” ixtisasında İslamla yanaşı, digər böyük dinlər haqqında, xüsusilə Yəhudilik və Xristianlıq barədə deskriptiv bilgiləri ehtiva edən fənlər də tədris olunur.