“Maşın bazarı” adlanan ərazidəki mağazada baş vermiş yanğın məhdudlaşdırılıb
CƏMİYYƏT

“Maşın bazarı” adlanan ərazidəki mağazada baş vermiş yanğın məhdudlaşdırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” - qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunun Babək prospektindəki “Maşın bazarı” adlanan ərazidə yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davan etdirilir.