Maskası yırtılan “biznesmen
Digər xəbərlər

Maskası yırtılan “biznesmen"

Ermənilik haqqında zaman-zaman dünyada müxtəlif fikirlər yayılıb, onların xəbis və kirli mahiyyəti tarixi faktlarla sübuta yetirilib. Ermənilər hücum etmək üçün pusquda gözləyən düşmənin kəşfiyyatçısıdırlar. Azərbaycan torpaqlarında uzun illər ərzində yaraya çevrilən ermənilərin hiyləgərliyi və xəyanəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb, soyqırıma məruz qalıblar, erməni faşizmi onlarla şəhəri, 300-dən çox kəndi xarabalığa çevirib...

Hələ də bu günə kimi əsir saxladıqları 4 min nəfərə yaxın soydaşımızın taleyindən heç bir xəbər yoxdur. Təcavüzkar, işğalçı ermənilərin azərbaycanlılara qarşı törətdikləri deportasiya və etnik təmizləmə, Qaradağlıda, Ağdabanda, Xocalıda dinc insanları,  uşaqları diri-diri yandıran, onlara işgəncələr verən toplum olduqlarını "unudur",  tarixin qanı kəsilməyən faciələrindən ibrət dərsi çıxarmır, qarşıdurma və gərginlik yaratmağa cəhd edirlər. Erməni yalanlarını ifşa edən tarixi əsərlərdə qeyd olunur ki,  bu iki etnik xalqın hadisələrə münasibəti tamamilə fərqli olub. Azərbaycanlılar millətlərarası münasibətlərdə ədalət prinsipinə üstünlük verdikləri halda, ermənilər fəaliyyətlərinə yaşama uğrunda mübarizə görüntüsü verir, qarşı tərəfi günahkar kimi göstərir, özlərini həmişə haqlı sayır, hər kəsin onlarla razılaşmalı olduğu düşüncəsini  təbliğ edirlər.

Ermənilər heç bir təhlükə olmadığı halda həmişə azərbaycanlıların yaşayışını təhlükə altına salıblar, onların torpaqlarını işğal edərək insanları faciələr yaşamağa məcbur ediblər. Özlərini isə dünyaya "məzlum",  "incidilmiş",  "haqları əlindən alınmış xalq" kimi tanıdıblar. Ermənilər tarixin səhnəsində çox belə oyun qurublar.  Türk tarixçi Mehmet Kanar yazırdı ki, hələ 1916-cı ildə İtaliyanın Torino şəhərində italyan dilində nəşr edilən "Armeniya" məcmuəsində ermənilər haqsız olduqları halda özlərini haqlı təqdim edərək yazırdılar ki, onlar İslam okeanı içində dağılmış, onun dalğaları içərisində çalxalanırlar. Uzaq qaldıqları Qərb dünyasına şikayət səslərini eşitdirə bilmirlər. Bir sözlə, ağa qara demək,  təcavüzkar,  işğalçı,  beynəlxalq qanunlara hörmətsizlik,  saxtakarlıq etmək və başqa iyrənc təbliğat üsullarını Qarabağda həyata keçirməyə cəhd edən ermənilər unudurlar ki, onların bu köhnə fəndləri artıq keçərli deyil. Ermənilərin yalanları beynəlxalq səviyyədə puça çıxarılır, erməni təbliğat maşınına qarşı əməli fəaliyyət nümayiş etdirilir. Üçtərəfli Bəyanata əməl etməyən, köhnə metodlardan istifadə etməyə can atan, məğlub olduğunu sindirə bilməyən Ermənistan Qarabağ ermənilərinə əl altından istiqamət verir, sağlam düşüncəyə malik ermənilər təqib edilir, onların demokratiya və azadlıq hisslərini boğurlar. Öz xalqını bəlalara düçar edən, onun faciəsi üstündə çirkin məqsədlər həyata keçirməyə çalışan "erməni qəhrəman"lar burulğana düşdüklərinin  fərqində deyillər.

Prezident İlham Əliyevin Fransanın "Figaro" qəzetinə müsahibəsində dediyi sözlər Azərbaycanın Qarabağı insanların ləyaqətlə və sülh şəraitində yanaşı yaşayacağı çiçəklənən,  təhlükəsiz ərazi kimi gördüyünü bir daha əks etdirir.  Bütün Qarabağ Azərbaycanın böyük regionudur,  - Qarabağın gələcəyi üçün ən yaxşı yol sülh şəraitində,  harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır.

Dövlətimizin başçısı  Rusiyanın "İnterfaks" agentliyinə verdiyi müsahibədə bildirib ki, mən həmişə demişəm ki,  Azərbaycanda erməni millətindən olan minlərlə vətəndaş yaşayır.  Qonşu ölkələrdə də ermənilər və azərbaycanlılar birgə yaşayır və öz aralarında yaxşı dolanırlar.  Bu,  Qarabağda niyə mümkün olmasın? Bizim təsəvvürümüz belədir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar.  Erməni əhalisi də həmin torpaqda yaşamalıdır,  özü də mehriban qonşuluq şəraitində.  Biz müharibənin vurduğu yaraları sağaltmağa çalışacağıq.

Göründüyü kimi, Azərbaycanın barışıq, qonşuluq və birgəyaşayış təklifini Ermənistan və onun havadarları düzgün qiymətləndirə bilmirlər, düşdükləri dərin bir uçurumun içərisində çabalayır, fürsət güdürlər. "Biznesmen" kimi Qarabağa göndərilən R.Vardanyanın isə maskası çox tez yırtıldı və məlum oldu ki, o, ermənilərin Azərbaycanla əlaqələrinin yaranmasına, dialoqa və sülhə mane olmaq üçün bu yerlərə "desant" kimi atılıb. "Öz müqəddəratını təyinetmədən və demokratiya"nın başqa prinsiplərindən dəm vuran Vardanyanın təxribatçı və terrorçu fəaliyyətinə son qoyulmalıdır. Azərbaycan ərazisində qanunsuz yaşayan, zəhərli ideyalar yayan, Xankəndidəki erməniləri girovluqda saxlayan, onları ərzaq və çörəklə imtahana çəkən, Laçın-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasına böhtan atan,  həyasızlıqla ermənilərin ikinci genosidə uğradığını deyən  bu təxribatçı bölgədən dərhal qovulmalıdır. Deyəsən Vardanyan da nəhayət bunları anlamağa başlayıb.

Ermənistan mediasının məlumatına görə, Ruben Vardanyan Azərbaycan torpaqlarından, konkret olaraq Qarabağdan qaçıb və Moskvaya sığınıb.  Əslində, Vardanyanın gec-tez Azərbaycandan gedəcəyi məlum idi. Çünki anlayırdı ki, Azərbaycan öz ərazilərində hansısa separatçı meyillərin baş qaldırmasına imkan verməyəcək. R.Vardanyanın məqsədi, sadəcə, regionda gərginliyi artırmaq, Qarabağ ermənilərini əsarətdə saxlamaq və aldatmaq idi. Onun hansı şəraitdə qaçdığı məlum deyil. Amma bəlli olan odur ki, bunu heç də normal qaydada etməyib...

Vardanyanın Qarabağdan qaçması bu torpaqların əsl sahibinin kim olduğunu dünyaya bir daha çatdırmaqla onu göstərir ki, Azərbaycanın siyasi iradəsinin əksinə olaraq heç kim Qarabağda hər hansı qeyri-qanuni fəaliyyətlə məşğul ola bilməz.

Artıq iki aya yaxındır azərbaycanlı ekofəalların Laçın yolunda keçirdikləri dinc aksiya Vardanyanın və digər separatçıların əl-qolunu bağlamışdı. Buna görə də Qarabağa pul qazanmaq məqsədilə gələn Vardanyanın əlavə mənfəət əldə edə bilməməsi onun buradan çıxıb getməsinə səbəb oldu.

Bir daha xatırladaq ki, ermənilər Qarabağı əbədilik itiriblər.  İki əsrə yaxın xəstə ideyalarla öz xalqını xroniki bəlalara düçar edən, əbədi düşmənçilik təbliğ edən erməni "ideoloq"ları tarixin və zamanın ibrət dərslərindən nəticə çıxarmır, "miatsum" xəstəliyinə düçar etdikləri sadə erməniləri axırda Azərbaycanın "dəmir yumruğu"nun zərbələri altında qoyaraq qaçdıqlarını tez unudurlar. XXI əsrin faşizmi Ermənistandır,  terrorçu dövlətdir, körpə qatilidir, ən qəddar işğalçıdır. 

Salman ALIOĞLU,

"Respublika".