Meksika ABŞ-a nota göndərib
Dünya xəbərləri

Meksika ABŞ-a nota göndərib

Meksika ABŞ-ın Texas ştatında Meksika ilə sərhəddə üzən maneənin tikintisi ilə bağlı ABŞ-a iki diplomatik nota göndərib.

"Respublika" "CNN Türk"ə istinadən xəbər verir ki, Meksika prezidenti Andres Manuel Lopez Obradorun keçirdiyi mətbuat konfransında çıxış edən xarici işlər naziri Alisiya Barcena baryerin iki ölkə arasındakı razılaşmaları açıq şəkildə pozduğunu bildirib. 

Ötən günlərdə üzən maneələrin qurulduğu əraziyə baş çəkən Barcena çaya qoyulan şamandıraların suyun axmasına mane olduğunu və onun istiqamətini dəyişməsinə səbəb olduğunu müşahidə etdiyini bildirib. Barcena həmçinin qeyd edib ki, indiyə qədər tikilən 305 metr uzunluğundakı maneənin 230 metri Meksika sərhədlərində inşa edilib.

Töhfə SƏMƏDOVA,

"Respublika".