Özbəkistan Prezidentinin inauqurasiya mərasimi iyulun 14-nə təyin olunub
Dünya xəbərləri

Özbəkistan Prezidentinin inauqurasiya mərasimi iyulun 14-nə təyin olunub

Özbəkistanda iyulun 9-da keçirilən növbədənkənar prezident seçkilərində qələbə qazanan Şavkat Mirziyoyevin inauqurasiya mərasimi iyulun 14-nə təyin olunub.

“Respublika” xəbər verir ki, bu barədə Özbəkistan Senatının (parlamentin yuxarı palatası) mətbuat xidməti məlumat yayıb.

“Parlamentin yuxarı və aşağı palatası hazırkı Prezident Şavkat Mirziyoyevin inauqurasiya mərasiminin iyulun 14-nə təyin olunması barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Şavkat Mirziyoyev 1989-cu ildən ölkəyə rəhbərlik edən Özbəkistan Prezidenti İslam Kərimovun ölümündən sonra 2016-cı və 2021-ci illərdə dövlət başçısı seçilib. O, 2023-cü il iyulun 9-da keçirilən növbədənkənar prezident seçkilərində 87,5 faiz toplayaraq inamlı qələbə qazanıb