Türkiyə Polşaya silah tədarük edəcək
Dünya xəbərləri

Türkiyə Polşaya silah tədarük edəcək

Türkiyəyə məxsus silah istehsalı şirkəti Polşaya silah tədarük edəcək. 

"Respublika" xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Bildirilib ki, "Özyurd Silah Sənaye" ilə Polşa arasında məbləği 170 milyon dollar olan hərbi müqavilə imzalanıb. Bundan başqa, şirkətə Böyük Britaniya, ABŞ, Qambiya və Keniyanın müdafiə nazirliklərindən 500 milyon dollar dəyərində sifarişlər gəlib.

Nəzrin ELDARQIZI,

"Respublika".