Sosial həyat

"MƏŞĞULLUĞA DƏSTƏK LAYİHƏSİ"

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan "Məşğulluğa Dəstək Layihəsi" bu il daha 1220 işsiz şəxs cəlb edilib. Beləliklə, Layihəyə cəlb olunanların sayı 7743-ə çatıb. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 5400-ə yaxın şəxsə artıq aktivlər verilərək istehsal xidmət sahələri üzrə kiçik biznesləri yaradılıb.

Ümumilikdə 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi məqsədi daşıyan layihənin iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur. Təlimlərin sonunda keçirilən qiymətləndirmədə biznes planlarını müdafiə edən şəxslər avadanlıqlarla təmin olunurlar.Layihənin məqsədi işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar b. ) özünüməşğulluq üzrə kiçik bizneslərinin yaradılmasıdır.

"Respublika".