Milli səhiyyəmizin inkişaf mərhələləri
Səhiyyə

Milli səhiyyəmizin inkişaf mərhələləri

Azərbaycan XX əsrdə iki demokratik inkişaf mərhələsi keçmişdir. 1918-ci ildə yaradılmış ADR qısa ömür sürsə , həmin dövrdə ölkəmizdə səhiyyənin inkişafında uğurlu addımlar atıldı. 1919-cu il oktyabrın 10-da Bakıda Azərbaycan Universiteti açıldı mövcud olan iki fakültədən biri tibb fakültəsi idi ki, bu da səhiyyənin tərəqqi etməsinin əsasını qoydu. 1930-cu ildə universitetin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldı. Bu, ölkədə tibbi kadrların hazırlığı məsələsinə təkan verdi.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra səhiyyə ilə bağlı bir sıra problemlər öz müsbət həllini tapdı. Səhiyyə sisteminin strukturu tənzimləndi, şəhər kənd əhalisinə tibbi xidmət, ana uşaqlara tibbi yardım, müxtəlif şəhər rayonlarda səhiyyə obyektlərinin tikilməsi, xəstəliklərin profilaktikası ilə bağlı tədbirlərin həyata keçirilməsi s. nəticəsində kifayət qədər effektiv sistem yaradıldı.

Ötən əsrin 60- illərinin axırlarında, 70-ci illərin əvvəllərində bütövlükdə SSRİ- olduğu kimi, Azərbaycan cəmiyyətində, o cümlədən səhiyyə sahəsində inkişaf zəiflədi. Ulu öndər Heydər Əliyev məhz belə bir dövrdə respublikaya rəhbərlik etməyə başladı. Respublikanın yeni rəhbəri elə ilk günlərdən digər sahələr kimi, səhiyyə sahəsində idarəetməni korrupsiyadan təmizləmək üçün əzmlə işə başladı. Səhiyyənin maddi bazası yaxşılaşdırıldı. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin yetişdirilməsi işi gücləndi.

Heydər Əliyev səhiyyə sahəsinin inkişafı ilə bağlı tədbirlər kompleksinin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması yeni tibb müəssisələrinin tikilməsi, əhalinin kütləvi dispanser qeydiyyatına alınması sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başladı. Profilaktik təbabətin tələbatına uyğun olaraq kurort-sanatoriya şəbəkəsinin genişləndirilməsi, bu sahədə işçilərin ixtisas səviyyəsinə verilən tələblərin artırılması həmin illərdə səhiyyə qarşısında qoyulmuş təxirəsalınmaz vəzifələr idi. "Sağlamlığımızın qeydinə sağlam ikən qalaq" prinsipinin təntənəsi naminə respublikamızda sağlamlıq zonaları istirahət evləri yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə xüsusi əhəmiyyət verilirdi.

Artıq Azərbaycan səhiyyəsi ümumittifaq səviyyədə tanınır, beynəlxalq əhəmiyyətli tədbirlərin, simpoziumların keçirilməsi üçün Bakı ən əlverişli məkan seçilirdi. Bir sözlə, Azərbaycan səhiyyəsində, sözün həqiqi mənasında tarixi hadisələr baş verirdi.

1982-ci il 23-24 oktyabr. Həmin günlər Azərbaycanın tibb işçiləri üçün əlamətdar günlər idi. Məhz həmin günlərdə sahə həkimlərinin respublika qurultayı keçirilirdi. Azərbaycan dövlətinin başçısı da qurultayda iştirak edirdi. Özünün geniş, məzmunlu çıxışında Heydər Əliyev demişdi: "Sahə həkimlərini insanlarla bağlayan tellər çoxdur. Bu tellər həkimin qəlbinin hərarəti ilə qızdıqda həkimin peşə ustalığı da buraya əlavə olunduqda onun xidməti vəzifəsini şəxsi rəğbət diqqətdən ayırmaq qeyri-mümkündür".

Heydər Əliyev məhz bu görüşdən bir qədər sonra Moskvaya rəhbər vəzifəyə irəli çəkildi. SSRİ kimi nəhəng bir ölkənin səhiyyə sistemində islahatlar keçirilməsi təşəbbüsü ilə çıxış edən Heydər Əliyev böyük uğurlara imza atdı. 1993- ildə respublikamızda təkrar hakimiyyətə qayıdan ümummilli lider müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması, müstəqilliyimizin əbədiliyinin təmin edilməsi istiqamətində çalışdı. Təbii ki, digər sahələr kimi, milli səhiyyəmizin qayğısına qaldı.

2001-ci il iyunun 4- Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi haqqında sərəncam imzaladı. Sərəncamda deyilir: "Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17- yaradılmasını nəzərə alaraq qərara alıram: "Hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunsun".

O vaxtdan hər il iyunun 17-si tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

20 ildir ki, Azərbaycan səhiyyəsi Prezident İlham Əliyevin rəhbərliyilə özünün yeni inkişaf mərhələsini yaşayır. Respublikada yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. 2006-2010-cu illəri əhatə edən "Yoluxucu xəstəliklərin immuno-profilaktikasına dair Tədbirlər Proqramı" çərçivəsində respublikada yoluxucu xəstəliklərə qarşı mübarizə gücləndirilmiş, bir sıra yoluxucu xəstəliklər qeydə alınmamışdır.

Azərbaycan səhiyyəsi bu gün inkişaf mərhələsindədir. Belə ki, həm dövlət başçısı İlham Əliyevin, həm Birinci vitse-prezident Mehriban Əliyevanın sosialyönümlü siyasətinin nəticəsi olaraq ölkədə yeni tibb ocaqları tikilir, tibb müəssisələrinin siması dəyişir, maddi-texniki bazası gücləndirilir, təminatı yaxşılaşdırılır. Məhz maddi-texniki bazanın möhkəmləndirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi nəticəsində ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur. Son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısının alınması istiqamətində konkret addımlar atılır.

"Şəkərli diabet xəstəliyi üzrə" üçüncü Dövlət Proqramı da uğurla icra olunur. "Ana uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı" çərçivəsində mütəmadi olaraq ana uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilir, dərman preparatları tibbi texnika ilə təminatı yaxşılaşdırılır. Azərbaycanda ilk dəfə 2012-ci ildə qəbul edilmiş "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı"nın icrası istiqamətində görülən tədbirlər bu xəstəlikdən əlilliyin ölüm hallarının azalmasına şərait yaradıb.

Aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan hazırda immun çatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır.

2021-ci il yanvarın 1-dən etibarən ölkədə İcbari Tibbi Sığortanın tətbiqinə başlanılıb. Bu sistemin tətbiqi hər bir vətəndaş üçün tibbi xidmətlərin alınması prosesini daha çevik, əlçatan effektiv etməyə imkan yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığını hər zaman prioritet hesab edir.

Zümrüd QURBANQIZI,

"Respublika".