Mişel Soma: Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə böyük işlərə imza atıb
MÜSAHİBƏLƏR

Mişel Soma: Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə böyük işlərə imza atıb

Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyə başladığı dövrdən bəri böyük işlərə imza atıb. Bizim Azərbaycan haqqında fikirlərimiz müsbətdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər görüşündə iştirak edən Burkina-Faso nümayəndə heyətinin üzvü Mişel Soma deyib.

O bildirib ki, Azərbaycanın çətin dövrdə Qoşulmama Hərəkatına sədrlik etməsinə baxmayaraq, vəzifəsinin öhdəsindən layiqincə gəlib. “COVID-19-un qlobal böhran doğurduğu bir vaxtda belə bir önəmli quruma uğurla rəhbərlik etmək, sadəcə, alqışlanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev bugünkü tədbirdə çıxışında bir çox məsələlərə toxundu, o cümlədən “Bandunq prinsipləri”ndən, kolonializmin yaratdığı mənfi fəsadlardan danışdı, BMT-də islahatların vacibliyini diqqətə çatdırdı. Ümumilikdə isə Azərbaycan tərəfindən hər şey yüksək səviyyədə təşkil olunub”, – deyə Mişel Soma vurğulayıb.