MN: Zabitlərin bilikləri təkmilləşdirilib, fiziki hazırlığı qiymətləndirilib
Digər xəbərlər

MN: Zabitlərin bilikləri təkmilləşdirilib, fiziki hazırlığı qiymətləndirilib

2023-cü il üçün hazırlıq planına uyğun olaraq, N hərbi hissəsində tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən "Respublika" xəbər verir ki, toplanışda zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilib, həmçinin fiziki hazırlığı qiymətləndirilib.

Cari ilin növbəti tədris dövrü ərzində icra olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb, o cümlədən toplanış iştirakçılarına metodiki tövsiyələr çatdırılıb.

Təlim-metodiki toplanışın keçirilməsində əsas məqsəd zabitlərin idarəetmə üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi və peşəkarlıq səviyyələrinin artırılmasıdır.