Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa
Məktublar

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunması, əməkdaşlığımızın keyfiyyətcə yeni mərhələyə yüksəlməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 iyul 2023-cü il.