Serbiyanın müftisi Abdullah Numandan
Məktublar

Serbiyanın müftisi Abdullah Numandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Xahiş edirəm, Azərbaycanın və onun xalqının tərəqqisi üçün böyük işlər görmüş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərimi qəbul edin.

Görkəmli dövlət xadimi Heydər Əliyevin yorulmaz səyləri çətin dövrdə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, Ermənistanın hərbi təcavüzünü dayandıraraq neft sənayesinin inkişafı, kənd təsərrüfatında və sosial sahədə mütərəqqi islahatların həyata keçirilməsi ilə nəticələndi.

Dahi Heydər Əliyevin müdrik siyasəti ölkədə həyata keçirilən mühüm konstitusional islahatlar, ölüm hökmünün ləğvi, Ombudsman təsisatının yaradılması, iqtisadi, aqrar islahatlar və s. ilə səciyyələndi.

Onun xarici siyasəti Birləşmiş Millətlər Təşkilatı, NATO, Avropa İttifaqı, Avropa Şurası, ABŞ və Rusiya ilə yeni əlaqələr yaratdı ki, bu da Azərbaycanı dünyanın mütərəqqi, sülhsevər ölkəsinə çevirdi.

Hörmətlə,

Abdullah Numan

Serbiyanın müftisi