Monteneqro nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Sosial həyat

Monteneqro nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Monteneqronun əmək sosial rifah naziri Admir Adroviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzüb, xatirələrini ehtiramla anıblar. "Türk şəhidliyi" abidəsini ziyarət edən nümayəndə heyəti "Şəhidlər" məscidində olub.