Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq
Digər xəbərlər

Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq

Sabahdan moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq

“Respublika” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş DYP İdarəsi məlumat yayıb:

“Mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi sabahdan etibarən inzibati məsuliyyət yaradacaq.

Konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.

Bir daha sürücülərdən mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etmələri xahiş olunur".