Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Nazirlər Kabinetinin sorğusuna baxılıb
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Nazirlər Kabinetinin sorğusuna baxılıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon qarovul xidmətləri Nizamnaməsinə 16 saylı əlavənin - "Dəfn mərasiminin təşkili keçirilməsi Qaydaları"nın 1.7-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 3- təyin edilmiş iclasında baxılacaq