Müasir Azərbaycan dövlətinin memarı və qurucusu
Siyasət

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu

Müasir Azərbaycan dövlətinin memarı qurucusu, xalqımızın xilaskarı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi həm ölkəmizdə, həm ölkəmizdən kənarda istər millətimizin nümayəndələri, istərsə əcnəbilər tərəfindən böyük qürur sonsuz sevinc hissilə qeyd olunur. Təbii ki, bu, nəhəng şəxsiyyətin dünya tarixindəki rolundan, o cümlədən Azərbaycan xalqı dövləti qarşısındakı misilsiz xidmətlərindən doğur.

Prokurorluq işçiləri "Heydər Əliyev İli" ilə əlaqədar silsilə tədbirlər keçirir bununla bağlı müvafiq işlər görürlər. Vurğulanmalıdır ki, hər il olduğu kimi, bu il may ayının 3- Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin təşəbbüsü rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, mayın 6-da isə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin təşəbbüsü rəhbərliyi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda millət vəkillərinin, ictimaiyyət kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Ümummilli Liderin 100 illik yubileyi təntənəli surətdə qeyd olunmuş, dahi insanın əziz unudulmaz xatirəsi hörmətlə yad edilmişdir.

14 iyul 1969-cu il tarixdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra ali müqəddəs ideyaların reallaşması sürətli vüsət alır. Həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başlayır bu proses  ideya müəllifi ilə xalq arasında olan sıx bağlılığın sayəsində uğurla həyata keçirilir. Sözügedən proses milliləşməni özündə ehtiva edən müqəddəs ideyaların xalq tərəfindən mükəmməl mənimsənilməsi dərindən dərk olunması, bununla da vahid azərbaycançılıq ideologiyasının formalaşması ilə nəticələnir. Təbliğat üçün xüsusi önəm kəsb edən digər sahələrdə milliləşmə prosesi sürətlənir. Məhz Ümummilli Liderin təşəbbüsü onun himayəsi ilə xalqımızın tarixini, adət-ənənələrini, qəhrəmanlıq keçmişini əks etdirən mövzularda filmlər çəkilir. Təsadüfi deyildir ki, gənclərin milli ruhda tərbiyəsində, sonralar onların kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynayan "Nəsimi", "Babək", "Dəli Kür" digər bu kimi filmlər həmin dövrlərdə çəkilirdi. Təhlillər göstərir ki, sovet hakimiyyətinin ilk illərindən etibarən Azərbaycanda rus dilində təhsil alanların sayı dinamik surətdə artırdısa, ötən əsrin 70-ci illərinin əvvəllərindən bu dinamika Azərbaycan dilində təhsil alanların say artımı hesabına kəskin şəkildə azalmış, ana dilində rəsmi, elmi bədii nəşrlərin sayı artmış, elmi tədqiqatların araşdırmaların məhz ana dilində aparılması təmin olunmuşdur. Ümummilli Lider Heydər Əliyev həmçinin Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, klassik yazıçı şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə, bir sözlə, milli ədəbi düşüncənin inkişafına təkan verməklə azərbaycanlıların necə böyük tarixə malik olduğunu nümayiş etdirirdi.

Böyük şəxsiyyət Heydər Əliyev tariximizi, dilimizi, dinimizi, mədəniyyətimizi, incəsənətimizi, xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini sevərək öz varlığında yaşatmış, hər zaman onlara sadiq olmuş, davranışları konkret əməlləri ilə bu müqəddəs dəyərləri toxunulmaz bir xəzinə kimi qoruyaraq əbədiyaşarlığını təmin etmişdir. Ona görə xalqın tarixi yaddaşının mənəvi irsinin mühafizəsinə xidmət edən genişmiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli dövlətçilik konsepsiyasının konkret mənəvi dəyərlər sistemi əsasında vahid məqsədə yönəldilməsi, vətənpərvər ruhlu nəslin yetişdirilməsi Ümummilli Lider Heydər Əliyevlə bağlı olmuşdur.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə görülmüş səmərəli mütərəqqi işlər nəticəsində Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından aqrar-sənaye respublikasına çevrilməklə, Sovet İttifaqında ön sıraya keçərək, özünü təmin edən, ümumittifaq büdcəsinə töhfələr verən iki ölkədən biri oldu. Müdrik lider Heydər Əliyevin müstəqil dövlətçilik strateji proqramının özünəməxsusluğu onunla səciyyələnirdi ki, burada nəzərdə tutulan tədbirlərin icrası bir sahənin deyil, bütün sahələrin çoxşaxəli inkişafını milliləşdirilməsini təmin edirdi. Bütün bunlar isə, təbii ki, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaradırdı. Əzmkar insanın böyük zəhmətlər hesabına ardıcıl olaraq yüksək zirvələri fəth etməsi, ali vəzifələr tutması, müxtəlif dövlət mükafatlarına layiq görülməsi, habelə bilavasitə onun sayəsində xalqımızın çoxsaylı elm, mədəniyyət, incəsənət xadimlərinə digər ziyalılarına Sovetlər İttifaqının fəxri adlarının mükafatlarının verilməsi millətimizi qədər qürurlandırırdısa, tarixi düşmənlərimiz olan erməniləri bir o qədər mütəəssir edirdi. Bununla belə, onlar ilk vaxtlar bunu büruzə vermir, təfəkkür tərzlərinə xas olan yaltaqlıqla vəziyyətdən çıxırdılar. Ulu Öndər Heydər Əliyevin milli müstəqil dövlət quruculuğuna gedən yolda gördüyü böyük işlər, SSRİ-nin daxili xarici siyasəti çərçivəsində olsa da, Azərbaycanın xarici aləmlə iqtisadi, mədəni, elmi sair sahədə əlaqələrinin genişləndirilməsinə xidmət edirdi. Bu məqsədlə Bakıda ittifaq beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur, eləcə SSRİ respublikaları digər xarici ölkələrdə Azərbaycan elmi, mədəniyyəti incəsənəti günləri keçirilirdi ki, bütün bunlar xarici ölkələrlə, orada yaşayan insanlarla əlaqələrin möhkəmlənməsinə, azərbaycanlıların xalq olaraq özünəməxsus tarixi, mədəni ənənələrinin hər yerdə tanınmasına, Bakının isə dövrün dünya miqyaslı məşhur mədəniyyət elm mərkəzinə çevrilməsinə, nəticədə isə iqtisadiyyatın gücləndirilməsinəAzərbaycanın qüdrətlənməsinə hesablanmışdı.

SSRİ-nin süqutu ilə əlaqədar yaranmış tarixi şəraiti düzgün qiymətləndirməklə, vəziyyətdən bəhrələnən xalqımız ötən əsrin sonlarında ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, AXC-Müsavat iqtidarı təmsilçilərinin ambisiyaları səriştəsizlikləri çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxardı. Müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr ölkə həyatını iflic edir, müharibə aparan, işğala məruz qalan dövlətdə vahid komandanlığa tabe olan ordu olmadığından silahlı qüvvələr ayrı-ayrı şəxslərin əlində alətə çevrilir, iqtisadiyyat tənəzzülə uğrayır, respublikada vətəndaş həmrəyliyi pozulur, hətta ölkədə "qardaş qanı" axıdılır vəziyyət ADR-in acı taleyinin təkrarlanması, ikinci dəfə qazanılan müstəqilliyin yenidən tarixə qovuşması təhlükəsi həddinə çatır. Belə bir olduqca çətin şəraitdə dövlətçilik ənənələrinə böyük önəm verən xalq doğru seçim edərək özünün sınanmış rəhbərini - Ümummilli Lider Heydər Əliyevi israrlı tələblə müstəqil Azərbaycanın rəhbərliyinə dəvət edir. Azərbaycanı xalqını özündən çox sevən Ulu Öndər bütün təhlükələri gözaltına almaqla, heç birinə məhəl qoymadan xalqın çağırışını qəbul edərək, 9 iyun 1993- il tarixdə Naxçıvandan Bakıya gəlir iyunun 15- Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilir. Bir müddət sonra Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan dünyaşöhrətli siyasətçi Heydər Əliyev 1993- il oktyabrın 3- ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilir. Sağlamdüşüncəli hər kəs yaxşı dərk edir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin anda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nəinki bugünkü qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə onun mövcudluğu şübhə altına düşə bilərdi. Ulu Öndər Heydər Əliyev növbəti dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə köklü islahatlar həyata keçirildi, dövlətimiz hərtərəfli qüdrətləndi əhalinin rifahı yüksəldi.

Sirr deyil ki, istər Azərbaycan Demokratik Respublikasının mövcudluğu zamanı, istərsə ölkəmizin SSRİ-nin tərkib hissəsi olduğu dövrdə milli prokurorluq orqanları tam formalaşa, cəmiyyətdə dövlətdə öz layiqli yerini tuta bilməmiş, onun milli maraqları insan hüquqlarını layiqincə müdafiə edən təsisata çevrilməsi mümkün olmamış, müstəqilliyimizin ilk illərində isə ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında olan uçurum səbəbindən vəzifə uğrunda gedən mübarizələrdə bir alətə çevrilmişdir. Bununla belə, çətin dövrlərdə, eləcə ölkəmizdə separatçılıq meyillərinin dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında prokurorluq əməkdaşları da üzərlərinə düşən vəzifələri layiqincə icra edərək, dövlətimizin suverenliyinə müstəqilliyinə qarşı ağır cinayətlər törətmiş şəxslərin tez bir zamanda ifşa edilib məsuliyyətə cəlb olunmasına bütün güclərini səfərbər etməklə cəmiyyətin dövlətin onlara olan etimadını doğrultmuşdur

Məlum olduğu kimi, prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların əsasını onun hüquqi bazasının təməlini Ulu Öndərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmiş ali qanunda ilk dəfə olaraq cinayət mühakimə icraatında mühüm funksiyaları yerinə yetirməsi nəzərə alınmaqla ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili fəaliyyət prinsipləri, funksiyaları səlahiyyət dairəsi qanunvericilik qaydasında təsbit olunmuşdur. Bir müddət sonra aqil rəhbər Heydər Əliyevin təşəbbüsü əsasında qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu qarşıda duran bu ya digər vəzifələrin uğurla həyata keçirilməsinə prokurorluq orqanlarının daha da demokratikləşdirilməsinə, onun qanunçuluğun insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsinə imkan yaratmışdır. Beynəlxalq hüquq normalarına demokratik prinsiplərə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" Azərbaycan Respublikası Qanunlarının digər hüquqi aktların qəbul olunması ilə isə prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi baza dövrün tələblərinə beynəlxalq standartlara uyğun formalaşdırılmışdır.

Bu gün Azərbaycana Ümummilli Lider Heydər Əliyevin zəngin dövlət idarəçiliyi təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, Ulu Öndər siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik lider, dünyaşöhrətli şəxsiyyət peşəkar siyasətçi rəhbərlik edir. Məhz möhtərəm Prezident İlham Əliyevin hərtərəfli elmi biliyi, mükəmməl rəhbərlik qabiliyyəti yorulmaz fəaliyyəti sayəsində ölkəmizdə ümumi daxili məhsul, qeyri-neft sektoru, sənaye istehsalı, qeyri-neft sektorunda sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Qeyd olunanlarla bərabər, əhalinin gəlirləri, əməkhaqları, pensiyaları da dəfələrlə artmış, ölkə iqtisadiyyatına, o cümlədən qeyri-neft sektoruna sərmayələr qoyulmuş manatın məzənnəsi uzun müddətdir ki, sabit qalmaqda davam etmişdir. Bütün bunların nəticəsində insanların rifahı daha da yaxşılaşdırılmış təbii olaraq əhalinin sayı da artmaqla on milyonu keçmişdir. Sadalanan uğurların əldə olunmasında millət üçün gördüyü çoxsaylı xeyirxah əməlləri ilə hər kəsin sevimlisinə çevrilmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Ulu Öndər Heydər Əliyevin dünya tarixindəki müstəsna rolu, Azərbaycan dövləti xalqı qarşısındakı misilsiz xidmətləri, o cümlədən ölkəmizin özündən sonra da qüdrətlənməsini təmin etmək üçün müdrik lider hazırlaması onu ölməzlik rəmzinə çevirmişdir. Odur ki, böyük şəxsiyyət hər zaman, hər yerdə hörmətlə xatırlanacaq xatirəsi dərin ehtiramla anılacaqdır

Fərid ŞÜKÜROV,

Bakı hərbi prokuroru, ədliyyə polkovniki