HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCAN KONSTİTUSİYASININ MÜƏLLİFİ
Siyasət

HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCAN KONSTİTUSİYASININ MÜƏLLİFİ

Tarixdə elə şəxsiyyətlər olur ki, onların fəaliyyəti xalqın, dövlətin tərəqqi yolunu müəyyən edir, qoyduqları irs isə gələcək nəsillər üçün dövlətçilik ənənələrinin inkişaf istiqamətini formalaşdırır. Azərbaycan dövlətçiliyinin tarixində ümummilli liderlik zirvəsinə ucalan məhz Heydər Əliyev olmuşdur. Azərbaycan tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Azərbaycan xalqının dahi oğlu, hər zaman Vətəninə xalqına hədsiz məhəbbəti ilə seçilən ulu öndər Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, müasir ictimai-siyasi fikrin ən bariz təcəssümüdür. Dahi şəxsiyyət görkəmli siyasi xadim Heydər Əliyev ən ali missiyanı həyata keçirərək müstəqil Azərbaycan dövlətinin memarı olmuş öz misilsiz fəaliyyəti ilə bütöv bir tarix yazmışdı. Ulu öndərin həyatı çoxşaxəli fəaliyyəti tariximizin ən şanlı səhifələrindəndir. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçmişdir.

Bu il dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023- il "Heydər Əliyev İli" elan olunub. Sərəncamda qeyd edilmişdir: "Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir".

Bütün mənalı ömrünü xalqına dövlətinə xidmətə həsr edən ulu öndərin şəxsiyyətinin əzəməti, gördüyü işlərin vacibliyi böyüklüyü zaman keçdikcə daha dərindən dərk edilir. Azərbaycan xalqı hər zaman Heydər Əliyevin şəxsiyyətinə, onun ideyalarına, qoyduğu dəyərli irsə böyük hörmət ehtiram hissilə yanaşır. Məhz buna görə, ulu öndərin irsini öyrənmək, təbliğ tədqiq etmək qarşımızda duran vacib aktuallığını itirməyən mühüm məsələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb".

Məlum olduğu kimi, ötən əsrin 60- illərində Azərbaycan iqtisadiyyatının bir çox sahələrində mənfi meyillər özünü büruzə verir, ölkə iqtisadi mədəni tənəzzül dövrünü yaşayırdı. Respublikamızın inkişafı getdikcə ləngiyərək, ümumilikdə əhalinin sosial-iqtisadi vəziyyətinə kifayət qədər mənfi təsir göstərməyə başlamışdı. Məhz belə bir ağır vəziyyətdə ölkə rəhbərliyində mühüm dəyişiklik baş verdi. Belə ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başladı. Ümummilli liderin rəhbər seçilməsi xalqımızın taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda Azərbaycanın sürətli inkişafının əsasının qoyulduğu tarixdir. Doğma xalqına olduqca bağlı olan ulu öndər Heydər Əliyev çox mürəkkəb şəraitdə Azərbaycanı Sovet İttifaqının qabaqcıl ölkələrindən birinə çevirmək üçün genişmiqyaslı islahatlar proqramının həyata keçirilməsinə nail oldu.

1969-1982-ci illər ərzində zəngin təcrübəyə əsaslanan dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikada istehsalın sürəti xeyli artmış, məhsuldarlıq yüksəlmiş, elmi-texniki tərəqqidə böyük irəliləyişlər baş vermiş, eyni zamanda əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Tarixi inkişafın sonrakı gedişatı bir daha sübut etdi ki, ümummilli lider hələ o zamanlar müstəqil Azərbaycanı qurmağa başlamışdı. Belə ki, ötən əsrin 60- illərinin sonunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi ölkənin gələcək müstəqilliyinə etibarlı bünövrə formalaşdırdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial müstəqillik illərində Azərbaycan üçün çox böyük rol oynadı. Ulu öndərin həyata keçirdiyi düşünülmüş daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk vətənpərvərliyin gücləndirilməsi baxımından da olduqca vacib addımlar atıldı. Milli şüurun inkişaf etdirilməsi, müxtəlif sahələrdə yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində bir çox mühüm işlər həyata keçirildi. Bununla bağlı dövlət başçısının 2022-ci il 29 sentyabr tarixli Sərəncamında qeyd edilmişdir: "Ulu öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki soy kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir".

 

1995-ci ildə Əsas Qanunun qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Yeni Konstitusiyanın qəbulu eyni zamanda, ölkəmizin inkişafının prinsipcə tamamilə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, müstəqillik illərində əldə olunan nailiyyətlərin hüquqi fundamenti qismində çıxış etdi.

 

1991-ci ildən Azərbaycanda cərəyan edən mürəkkəb eyni zamanda ziddiyyətli proseslər, həmçinin ölkənin müstəqilliyi üçün təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurmasının güclənməsi, anarxiya mühitinin dərinləşməsi onu göstərdi ki, ölkəni yaranmış ağır vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev kimi güclü lider xilas edə bilər. Ümummilli lider 1993- ildə xalqın təkidli çağırışlarına cavab verərək hakimiyyətə geri qayıtmış, Azərbaycanın fəlakətlərlə üz-üzə qaldığı bir dövrdə həyatını təhlükəyə ataraq, Azərbaycan xalqının tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil olmuşdu. Xalqının yanında olmağa qərar verən dahi şəxsiyyət Heydər Əliyev özünün həyat fəlsəfəsini belə izah edirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü iradəmi yalnız müdrik qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib bütün uğurlarımı təmin edib".

1993- ildə yenidən ölkə rəhbərliyinə qayıdan dahi Heydər Əliyev öz müdrik siyasəti eyni zamanda tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının həyata keçirilməsinə, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu, ölkəmiz öz liderinin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoydu. Ulu öndər Heydər Əliyev belə mürəkkəb bir vəziyyətdə ölkə daxilində siyasi sabitliyin təmin olunması, iqtisadi siyasət prioritetlərinin müəyyən edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının hazırlanması vəzifələrinin öhdəsindən məharətlə gəldi.

Həmin dövrdə mövcud olan hüquq sistemi qanunlar hüquqi demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, həmçinin insan hüquq azadlıqlarının səmərəli müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı digər sahələrlə yanaşı, eyni zamanda hüquq sahəsində köklü islahatların həyata keçirilməsini, tamamilə yeni demokratik dəyərlərə əsaslanan milli qanunvericilik bazasının formalaşdırılmasını zərurətə çevirmişdi. Məhz bu səbəbdən, müstəqil dövlətimizin qarşısında duran ən vacib məsələlərdən biri yeni Konstitusiya layihəsinin hazırlanması oldu.

Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə ulu öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Konstitusiya Komissiyasının tərkibinə qanunvericilik, icra məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər daxil edilmişdi. Ümummilli lider Heydər Əliyev Komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini vermiş, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən dolğun formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf etmişdir.

Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il iyunun 5- ilk iclası keçirilmiş həmin iclasda geniş nitq ilə çıxış edən ümummilli lider Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə toxunaraq qeyd etmişdir ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması respublikamızın tarixində böyük bir hadisədir: "Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik". Eyni zamanda, həmin çıxışında ulu öndər Heydər Əliyev yeni Konstitusiyanın məramı, qaynaqları, mahiyyətinə aydınlıq gətirərək ölkənin Əsas Qanunu barədə deyirdi: "Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".

Həmçinin yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3- keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev qeyd etmişdir: "Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq".

Yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula keçid müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş, həmin il noyabrın 27-dən isə qüvvəyə minmişdir.

İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, ulu öndər Heydər Əliyev tərəfindən imzalanan 1996- il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

1995-ci ildə Əsas Qanunun qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Yeni Konstitusiyanın qəbulu eyni zamanda, ölkəmizin inkişafının prinsipcə tamamilə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, müstəqillik illərində əldə olunan nailiyyətlərin hüquqi fundamenti qismində çıxış etdi. Əsas Qanunun preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini ərazi bütövlüyünü qorumaq, bu ali sənəd çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi sosial qaydalara uyğun olaraq vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh əmin-amanlıq şəraitində yaşamaq bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilmişdir.

Hər bir demokratik dövlətin Əsas Qanunu hüquq sisteminin özəyini, əsasını təşkil edir, cəmiyyətdə siyasi sabitliyin təminatı qismində çıxış edir. Ölkə Konstitusiyasının ən yüksək birbaşa hüquqi qüvvəyə malik olan normaları bütövlükdə hüquqi tənzimetmə sisteminin əsasında dayanmaqla, ictimai münasibətlərin inkişafını müəyyən edir. Eyni zamanda, Əsas Qanun ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik cəmiyyətin qurulmasına xidmət edir.

1995-ci ildə qəbul edilən Əsas Qanun bir sıra təməl prinsipləri özündə əks etdirərək, müasir sivil cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən ideya dəyərləri geniş şəkildə özündə ehtiva etmişdir: insan şəxsiyyətinə ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq; ümumbəşəri dəyərlərə sadiqlik; milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması sair.

Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, Konstitusiya həm cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını hədlərini dəqiqləşdirərək, bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir.

Konstitusiya Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu elan edir, öz müqəddəratını sərbəst müstəqil həll etməyi idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Həmçinin Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir, insan vətəndaş hüquqlarının azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi olaraq təsbit edir.

Xüsusilə qeyd edilməlidir ki, Əsas Qanunda insan vətəndaş hüquq azadlıqlarının, habelə onların reallaşdırılmasının ümumi mexanizmləri olduqca geniş şəkildə öz əksini tapıb. Konstitusiyada bu hüquq azadlıqlar dövlət tərəfindən verilən xüsusi imtiyaz olaraq deyil, məhz hər kəsin doğulduğu andan malik olduğu toxunulmaz, pozulmaz ayrılmaz ali dəyərlər kimi ifadə edilir. Bununla bağlı, "Konstitusiyada təsbit edilmiş insan vətəndaş hüquqlarını azadlıqlarını gözləmək qorumaq qanunvericilik, icra məhkəmə hakimiyyəti orqanlarının borcudur" müddəası olduqca mühüm əhəmiyyət kəsb edir.

 

Dövlətimizin Əsas Qanunu qəbul edildikdən sonra, 1998-ci ildə konstitusiya nəzarəti orqanı - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlamış, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri rolu müəyyənləşdirilmişdir. Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılmış bu il fəaliyyətə başlamasının 25 illik yubileyini qeyd edən Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin əsas hüquq azadlıqlarını müdafiə etməkdən ibarətdir.

 

İnsan hüquqlarına etibarlı təminat yaradan Konstitusiyanın ən böyük fəsli bütünlüklə əsas insan vətəndaş hüquqları azadlıqlarına həsr edilib. Həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquq azadlıqlar, onların həyata keçirilməsi mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur.

Məlum olduğu kimi, dövlətin Əsas Qanununun hüquqi əlamətlərindən biri onun sabitliyidir. Belə ki, Konstitusiya uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulan aktdır. Bununla belə, Konstitusiya özü canlı orqanizm kimi daim inkişafdadır. İctimai-siyasi münasibətlərin inkişaf tempi, müasir cəmiyyətdə, dünyada dövlətdə baş verən dəyişikliklər konstitusiyaların da zərurət yarandıqda təkmilləşdirilməsini, onlara müvafiq əlavə dəyişikliklərin edilməsini labüd edir. Bu cür zərurət heç təsadüfi deyil. Konstitusiyanın qəbulundan keçən müddət ərzində sözsüz ki, cəmiyyətin siyasi-hüquqi, sosial-iqtisadi həyatında olduqca mühüm dəyişikliklər baş verir. Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial iqtisadi vəziyyət dəyişir, cəmiyyət yeni elm texnologiya dövrünə qədəm qoyur. Bu baxımdan, konstitusiyaların da təkmilləşdirilməsi, bu ali sənədə müəyyən əlavələrin dəyişikliklərin edilərək müasir tələblərə uyğunlaşdırılması kifayət qədər səciyyəvi haldır.

Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il 24 avqust, 2009-cu il 18 mart 2016- il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində bir sıra əhəmiyyətli əlavələr dəyişikliklər edilib. İlk dəfə 2002-ci ildə konstitusiya dəyişikliklərinə yaranan ehtiyac bir çox sahələrdə olduqca nəzərəçarpan sürətli inkişafdan irəli gəlirdi. Ulu öndər Heydər Əliyev tərəfindən 2002-ci il 22 iyun tarixində "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" Fərman imzalanmışdır. Bu referendumla bağlı Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 29 iyul tarixli Azərbaycan xalqına müraciətində qeyd edilmişdir: "Konstitusiyada edilməsi nəzərdə tutulan dəyişikliklər insan hüquqlarının azadlıqlarının qorunmasının əlavə təminatları, seçki sistemi, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsi, məhkəmə hakimiyyətinin rolunun artması ilə bağlıdır ... Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ümumxalq səsverməsinə (referenduma) çıxardığı Konstitusiya dəyişikliklərini dəstəkləyir onların həyati zəruriliyini bir daha qeyd edir".

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən 24 avqust 2002-ci il referendumunda Əsas Qanunun bir sıra maddələrində əlavə dəyişikliklərin edilməsi məhz həmin dövr üçün ictimai münasibətlərin daha səmərəli tənzimlənməsi məqsədilə aparılan konstitusiya islahatlarının tərkib hissəsi oldu. Bu əlavə dəyişikliklər bir sıra mühüm məsələləri, o cümlədən Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi, Azərbaycan Respublikasında apellyasiya instansiyası məhkəmələri, eləcə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutunun yaradılmasını nəzərdə tutmuşdur. Həmçinin Konstitusiyaya edilən həmin əlavə dəyişikliklər nəticəsində İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), məhkəmələr hər kəs (hüquqi fiziki şəxslər) Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə etdi. Azərbaycan Respublikası Konstitusiyasının mətninə 24 avqust 2002-ci il tarixli referendumla edilmiş əlavə dəyişikliklər hüquq sisteminin təkmilləşdirilməsinə xidmət etmiş, eyni zamanda Əsas Qanunun mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir.

Ümumilikdə qeyd edilməlidir ki, Konstitusiyaya edilmiş əlavə dəyişikliklər demokratik prinsip dəyərlərin bərqərar olmasının, o cümlədən insan vətəndaş hüquq azadlıqlarının təminatına ən ali səviyyədə göstərilən diqqətin təzahürüdür. Konstitusiya islahatları hüquqi dövlət vətəndaş cəmiyyəti prinsiplərinin daha da möhkəmlənməsi, demokratikləşmə proseslərinin dərinləşməsi, insan hüquq azadlıqlarının daha effektiv şəkildə təmin olunması məqsədlərinə xidmət edir.

Əminliklə demək olar ki, Azərbaycan dövlətinin hərtərəfli tərəqqisi, ölkə həyatının müxtəlif sahələrində həyata keçirilən islahatlar öz mənbəyini məhz Əsas Qanundan götürüb. Konstitusiyada təsbit edilmiş əsas istiqamətlər, prinsip prioritetlər ölkəmizdə güclü sosial dövlətin qurulmasına, hüquqi, iqtisadi digər islahatların həyata keçirilməsinə, dövlət hakimiyyət orqanlarının müasir tələblərə uyğun təşkil edilməsinə, eyni zamanda insan hüquq azadlıqlarının səmərəli müdafiə mexanizmlərinin formalaşdırılmasına davamlı hüquqi zəmin yaratmışdır.

Dövlətimizin Əsas Qanunu qəbul edildikdən sonra, 1998-ci ildə konstitusiya nəzarəti orqanı - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlamış, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri rolu müəyyənləşdirilmişdir. Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılmış bu il fəaliyyətə başlamasının 25 illik yubileyini qeyd edən Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin əsas hüquq azadlıqlarını müdafiə etməkdən ibarətdir.

Ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsi Əsas Qanunun ona verdiyi səlahiyyətlər çərçivəsində sorğu, müraciət şikayətlər əsasında qəbul etdiyi məhkəmə aktları ilə bu məqsədləri həyata keçirir bununla milli hüquq sisteminin inkişafına, hüquq tətbiqetmə təcrübəsinin istiqamətləndirilməsinə öz töhfəsini verir. Konstitusiya Məhkəməsinin qərarlarında əksini tapan hüquqi mövqelər Konstitusiyanın əsasları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalar, habelə insan hüquq azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla formalaşdırılır.

Qeyd edilməlidir ki, tarixi nöqteyi-nəzərdən qısa müddət ərzində dövlətimiz əsrə bərabər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan müstəqil siyasət yürütməyə qadir, dayanıqlı iqtisadi sistemə malik, müasir, sürətli inkişaf yolu ilə inamla irəliləyən, beynəlxalq birliyin tamhüquqlu üzvü olan nüfuzlu dövlətdir. Azərbaycan özünü dünya birliyində ən mötəbər kürsülərdən sözünü deyən, öz haqlı mövqeyini bildirən bu mövqeyini qoruyan, eyni zamanda zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıdıb. Regionun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olmaqla qlobal xarakterli strateji layihələrin nəinki iştirakçısı, eyni zamanda təşəbbüskarı qismində çıxış edir. Əldə olunan bütün bu nailiyyətlər məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, hərtərəfli düşünülmüş daxili xarici siyasəti sayəsində mümkün olmuşdur.

Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti tarixinin qüdrətli dövrünü yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi isə tarixi torpaqlarımızın işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27- başlayan, 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycan dövləti 44 gün ərzində bütün dünyaya səs salaraq öz gücünü nümayiş etdirdi, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, rəşadət nümunəsi göstərdi. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli hərbi, siyasi diplomatik fəaliyyəti, rəşadətli Azərbaycan Ordusunun şücaəti xalqımızın birliyi sayəsində mümkün oldu. Qazanılan tarixi qələbə milli şüurun, xalq ordu birliyinin təcəssümünə çevrildi.

Dövlət başçısı cənab İlham Əliyev bununla bağlı qeyd etmişdir: "Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir".

Azərbaycan dövlətinin şanlı Qələbəsi sayəsində Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olundu, vətəndaşlarımızın Əsas Qanunda təsbit edilmiş bir sıra hüquqlarının bərpası üçün zəmin yarandı.

Cari il aprelin 18- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verərək qeyd edib: "Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır". Bu bəyanat bir daha onu təsdiq edir ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Əsas Qanunun hüquqi qüvvəsinin beynəlxalq ictimaiyyət tərəfindən tanınan bütün Azərbaycan ərazisində təmin edilməsi prosesi uğurla həyata keçirilir.

Aprelin 23- isə mühüm əhəmiyyət kəsb edən, əlamətdar tarixi hadisə baş verdi. Belə ki, məlum olduğu kimi, Azərbaycan öz legitim suveren hüququnu həyata keçirərək Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini qurdu. Şübhəsiz ki, bu hadisə regionda təhlükəsizliyin sabitliyin təmin olunmasında mühüm addım olmaqla, sülh prosesinə öz mühüm töhfəsini vermiş olacaq. Eyni zamanda, nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın bütün suveren əraziləri üzərində nəzarətinin tam bərpa edilməsi, bununla da bu ərazilərdə qanunun aliliyinin təmin olunması deməkdir.

 

Əminik ki, bu il 100 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli tərəqqi yoluna malik müstəqil Azərbaycan dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dinamik inkişaf edəcək, tarixi nailiyyətlərə imza atacaq.

 

44 günlük Vətən müharibəsində qazanılan hərbi-siyasi Zəfərdən sonra qarşıda duran ən mühüm vəzifə işğaldan azad olunan ərazilərin qısa zaman ərzində bərpası yenidən qurulması, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Qarabağ Şərqi Zəngəzur torpaqlarının işğalçılardan azad edilməsi ilə həmin ərazilərdə yenidənqurma, bərpa işlərinə start verilmiş quruculuq işləri bu gün sürətlə davam etdirilməkdədir. Dövlət başçısı cənab İlham Əliyevin bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal yaxından iştirakı ilə işğaldan azad edilmiş şəhər rayonlarımızda zəruri infrastrukturun yaradılması üzrə misli görünməmiş çoxşaxəli işlər həyata keçirilir. 44 günlük Vətən müharibəsinin başa çatmasından ötən müddət ərzində aparılan bərpa quruculuq işləri dövlətimizin gücünün təsdiqidir. Qısa zaman kəsiyində genişmiqyaslı infrastruktur layihələrinin icrasının başa çatdırılması, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür.

Bərpa-quruculuq işlərinin aparılması ilə yanaşı, işğaldan azad edilmiş torpaqlara əhalinin qayıtması, bu prosesin təşkil edilməsi Qarabağın inkişafı ilə bağlı qarşıda duran ən mühüm istiqamətlərdən biridir. Bununla bağlı, 2022-ci il 16 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Sərəncam ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilmişdir. Sərəncamda qeyd edilmişdir: "Həyata keçirilən məqsədyönlü genişmiqyaslı layihələr Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır".

Dövlət Proqramının məqsədlərinə aiddir: ərazilərdə təhlükəsiz yaşayışı dövlət idarəetməsini təşkil etmək; şəhər, qəsəbə kənd yaşayış məntəqələrinin tikintisini, dayanıqlı infrastrukturla təminatını həyata keçirmək; müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək; ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək; əhalinin məşğulluq imkanlarını artırmaq; sosial xidmətlərin əhatə dairəsini genişləndirmək əlçatanlığı təmin etmək; dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək s.

Böyük Qayıdışa dair I Dövlət Proqramı dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə həyata keçirilir. Məlum olduğu kimi, cari ilin mart ayında Proqram çərçivəsində Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə ilk mərhələdə köçürülən ailələr doğma torpaqlarına qayıdıblar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 18- Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verərkən bununla bağlı qeyd edib: "Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı Talış kəndlərində. Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni bütün bunlar göz qabağındadır. Yenə deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə bütün dünyaya göstərir ki, gələcək Qarabağın Şərqi Zəngəzurun siması necə olacaq".

İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın həyata keçirilməsinin ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsinə təsadüf etməsi olduqca əlamətdardır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Bu il aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək demişdir: "Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib. Onun əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Biz onun xatirəsinə, vəsiyyətlərinə sadiqik, onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik. Bu gün, ulu öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb".

Dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi istər respublika, istərsə beynəlxalq səviyyədə geniş şəkildə qeyd olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz növbəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər həyata keçirməkdədir. Belə ki, 2022-ci ilin oktyabr ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş "Hüquqi dövlətin əsasları" adlı hüquq olimpiadası respublikanın bir sıra rayonlarında keçirilmişdir. Həmçinin cari ilin mart ayında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin, Elm Təhsil Nazirliyinin, Gənclər İdman Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxtda məktəblilər arasında Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsində "Heydər Əliyev hüquqi dövlət" adlı hüquq olimpiadaları təşkil edilmişdir. Eyni zamanda, "Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın icrası çərçivəsində bu il martın 18- Konstitusiya Məhkəməsinin kollektivi ağacəkmə aksiyası keçirmişdir.

Bu tədbirlərin davamı olaraq aprelin 19-da Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "XXI əsrdə insan hüquq azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri praktiki yanaşmalar" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Artıq ənənə halını almış konfrans bu il daha geniş formatda keçirildi. Hüquq ictimaiyyətinin, alimlərin iştirakı ilə keçirilən konfransda hüquq elminin aktual məsələlərinə toxunulmuş, olduqca maraqlı məruzələr təqdim edilmişdir.

Dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanması möhkəmləndirilməsi istiqamətində əvəzedilməz xidmətləri bir çox xarici ölkə başçıları, tanınmış siyasi xadimlər tərəfindən hər zaman vurğulanır. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin açılış mərasimindəki çıxışında qeyd etmişdir: "Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, Heydər Əliyev dinamik inkişaf edən müasir Azərbaycanın memarıdır. Son dərəcə mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynayıb. Onun müdrik rəhbərliyi ilə Azərbaycanda dərin siyasi sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu mürəkkəb, enişli-yoxuşlu yolu qət edən ölkə irəliyə doğru böyük sıçrayış edib, dünya birliyinin nüfuzlu üzvünə çevrilib. Əslində Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir. Müasirləri Heydər Əliyevi yüksək insani keyfiyyətlərinə, prinsipiallığına, dürüstlüyünə, ədalətliliyinə görə qiymətləndirirdilər".

Əminik ki, bu il 100 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli tərəqqi yoluna malik müstəqil Azərbaycan dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dinamik inkişaf edəcək, tarixi nailiyyətlərə imza atacaq. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz növbəsində müəllifi ulu öndər Heydər Əliyev olan Əsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlət quruculuğu prosesinin möhkəmlənməsi qanunçuluğun qorunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətinə dəstək olaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.

Fərhad ABDULLAYEV,

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin sədri.