Müasir çağırışlar: müstəqil, fəal diplomatiya
Siyasət

Müasir çağırışlar: müstəqil, fəal diplomatiya

Ölkəmiz Avrasiyanın enerji xəritəsini yenidən cızır

Dünyada enerji təminatı, alternativ mənbələrə çıxış, bu sahədə uzunmüddətli etibarlı tərəfdaşlıq əlaqələrinin qurulması kimi hədəflər strateji mahiyyət daşıyan yeni reallıqlardır. Ukrayna müharibəsindən sonra Rusiya ilə münasibətləri pisləşən Avropa üçün bu amil həyati əhəmiyyət daşıyır. Üzləşdiyi çətinliklərin həllində Avropanın üz tutduğu ünvan isə Azərbaycandır. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün təbii qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resurslarını reallaşdırması üçün etibarlı bazara ehtiyacı var. Beləliklə, enerji sahəsində əməkdaşlıq Azərbaycanın Avropa üçün önəmini əhəmiyyətli dərəcədə artırır.

İstənilən ölkədə yeni enerji obyektinin açılması, enerjinin istehsalı, ixracı nəqli sahəsində layihələrin həyata keçirilməsi həmin ölkənin gücünün, enerji, eləcə iqtisadi potensialının göstəricisidir. Bu baxımdan, əminliklə deyə bilərik ki, ölkəmiz Prezident İlham Əliyevin əzmkar əməyi, onun dünya dövlətləri, beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu enerji şirkətləri, maliyyə qurumları ilə yaratdığı qarşılıqlı-faydalı, iqtisadi-işgüzar əlaqələr sayəsində son dövrlərin ən uğurlu enerji siyasətini həyata keçirən dövlətlərdən biridir. Prezident İlham Əliyevin uğurlu enerji siyasəti reallaşdırdığı layihələr nəticəsində ölkəmiz qitədə söz sahibinə çevrilmişdir. Bu məsələdə əlbəttə ki, dövlət başçısının şəxsi keyfiyyətləri böyük rol oynayır. Prezident daim ölkəmizin maraqları naminə mühüm addımlar atır, qətiyyəti prinsipiallığı onu uğurdan-uğura aparır. "Biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) "Eustream" (Slovakiya) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimində söyləyib. Dövlət başçısı deyib: "Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq".

Qeyd edək ki, Anlaşma Memorandumu Xəzər dənizindən təbii qazın Mərkəzi Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə regiona əlavə qaz təchizatı baxımından mühüm əhəmiyyət kəsb edir bu sahədə Azərbaycanın rolunu xeyli artırır. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı bir beynəlxalq layihənin reallaşması qeyri-mümkündür. Şərqdən-qərbə, şimaldan-cənuba gedən ən qısa yollar Azərbaycandan keçdiyi üçün əksər beynəlxalq layihələr ölkəmizin razılığı əsasında gerçəkləşir. Avrasiyanın mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın reallaşdırdığı qoşulduğu beynəlxalq enerji layihələri ölkəmizə siyasi iqtisadi dividendlər qazandırır. İndi Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycandır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi milyardlarla investisiya yatırılan layihələr ölkəmizin nəyə qadir olduğunu sübuta yetirir. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan bu layihələrlə Avropanın enerji xəritəsini yenidən tərtib edir. Bakı-Tbilisi-Ceyhanın tutumu 50 milyon tondur. Bu, heç vaxt belə olmayıb. Bizim "Şahdəniz" kondensatımız var. Ümidvaram ki, bu il "Abşeron"dan bir çox başqa yataqlardan kondensat hasil edəcəyik. Beləliklə, kəmərdə hətta bizim gözlədiyimizdən daha çox kondensat olacaq. Gün gələcək Bakı-Tbilisi-Ceyhan Azərbaycanın neft kondensatı, həmçinin Mərkəzi Asiyanın nefti sayəsində tam gücü ilə işləyəcək.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyasına uyğun olaraq Azərbaycan ciddi nailiyyətlərə imza atır. Əvvəl Bakı-Tbilisi-Ərzurum qaz xətti çəkildi. Daha sonra bu xətt Ərzurumdan başlayaraq Türkiyənin Yunanıstan sərhədinə qədər uzadıldı. TANAP boru kəməri çəkildi. Daha sonra TANAP TAP-a inteqrasiya olunaraq İtaliya digər Avropa ölkələrinə qaz ixracına başladı. Biz artıq Avropada mövcud olan interaktiv xətlərlə ilkin olaraq Bolqarıstan Rumıniyaya qaz ixrac etməyə başlamışıq. Bir sözlə, Balkan dövlətləri daxil olmaqla, Azərbaycan 10 Avropa ölkəsinə qaz ixrac edəcək. Burada söhbət təkcə qaz təchizatından getmir. Hamıya bəllidir ki, Azərbaycanın mövcud gücü qaz xəttimizin bəlli ötürmə potensialı var. Ona görə tələbat artdıqca həm qaz xətlərimizi şaxələndirir, həm onların ötürücülük qabiliyyətini artırırıq. Nəticədə daha çox Avropa ölkəsinin qazla təmin olunmasında iştirak edəcəyik.

Ötən il Avropa İttifaqı ilə imzalanan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu 2027-ci ilə qədər Azərbaycandan - təbii qazın həcminin iki dəfəyə qədər artırılaraq 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur. Bolqarıstanda imzalanan sənəd isə əlavə marşrutlar vasitəsilə Avropaya qaz ixracının artırılmasına töhfə verəcək. Memorandum həm "Həmrəylik Halqası" təşəbbüsünün (Solidarity Ring) reallaşması üçün böyük əhəmiyyət daşıyır. Avropa Komissiyası tərəfindən dəstəklənən Bolqarıstan tərəfindən təklif edilən bu təşəbbüs Avropa İttifaqı, Mərkəzi Cənub-Şərqi Avropa ölkələrinə təbii qaz nəqlinin təhlükəsizliyinin artırılması məqsədi daşıyır. "Həmrəylik Halqası" təşəbbüsünün icrası Azərbaycanın Avropa İttifaqı Balkan ölkələri ilə münasibətlərini yeni mərhələyə daşıyacaq. Bu təşəbbüsün icrasında Azərbaycan əhəmiyyətli rola malikdir. Bu çərçivədə Azərbaycan tərəfindən atılan addımlar, əldə edilmiş razılaşmalar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasətində yeni tarixi səhifənin açılmasına səbəb olub. Avropa təsisatları ilə münasibətlərimiz çox əhəmiyyətlidir. Yeni qaz yataqlarının kəşfi ölkəmizin qaz potensialına böyük töhfədir. Azərbaycan Avropaya digər enerji körpüsünü salmağa başlayıb. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır, strateji investorlarının biri ilə Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək 1 qiqavat günəş enerjisini istehsal etməyi hədəfləyir. Onların 80 faizi ixrac olunacaq. 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güc yaratmaq planlaşdırılır. Göründüyü kimi, Azərbaycan Avropanın artan tələbatını ödəmək üçün həm təbii qaz, həm bərpaolunan enerji üzrə böyük potensiala malikdir.

Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetrə yaxındır. Təkcə "Ümid" yatağının potensialı 200 milyard kubmetrdən artıqdır. Bu isə Azərbaycana növbəti 100 ildə karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi qalmağa imkan verir.

Artıq "yaşıl" enerji ilə bağlı həyata keçirilən layihələr Azərbaycanı Avropaya daha da yaxınlaşdırır. 2022-ci il dekabrın 17- Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya Macarıstan hökumətləri arasında "yaşıl" enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Qara dənizin dibi ilə kabel çəkiləcək bu kabel vasitəsilə Azərbaycandan Avropaya "yaşıl" enerji veriləcək. Bu o deməkdir ki, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında tam şəkildə iştirak edəcək. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan karbohidrogen enerjisi ilə "yaşıl" enerji arasında balans tapmağa Avropanın enerji resurslarının hərtərəfli təchizatçısına çevrilməyə nail olub. Yeni enerji layihələrinin dost müttəfiq dövlətlərlə birlikdə icrası bizi qlobal dünyaya daha çox inteqrasiya edir gələcəkdə daha perspektivli layihələr üçün zəmin yaradır.

"Enerji təhlükəsizliyi təkcə tədarük istiqamətlərinin deyil, həm mənbələrin şaxələndirilməsi deməkdir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31- Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft Qaz - "Caspian Oil&Gas" 11-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında çıxışı zamanı deyib: "İndi hamı açıq şəkildə görür ki, biz bunun hər ikisini həyata keçiririk. Biz, həmçinin ölkələr, şirkətlər, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqda çox maraqlıyıq", - deyə ölkə başçısı vurğulayıb. Bu günə qədər həyata keçirilən əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.

Mustafa KAMAL,

"Respublika".