Münhen hava limanında 500-dən çox reys təxirə salınıb
Gündəm

Münhen hava limanında 500-dən çox reys təxirə salınıb

Münhen hava limanı dekabrın 3-də 880-ə yaxın planlaşdırılmış reysdən 560-nı ləğv edib.

"Respublika" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

“Hava səyahətinə məhdudiyyətlər qalacaq. Buna görə də, bu gün yola düşəcək səyahətçilərə hava limanına getməzdən əvvəl öz aviaşirkətləri ilə əvvəlcədən əlaqə saxlamalarını və uçuşun vəziyyətini yoxlamalarını tövsiyə edirik", - Münhen hava limanından vurğulanıb.