Niderlanddakı Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkından
Məktublar

Niderlanddakı Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkından

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayıram.

Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə şanlı Azərbaycan Ordusu 30 ildən sonra nəhayət əzəli torpaqlarını düşmən tapdağından xilas etdi. Sizin siyasi-strateji qətiyyətiniz sayəsində Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycan xalqının ölkə hüdudlarından kənarda yaşayan nümayəndəsi və diaspor təşkilatının rəhbəri olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.

Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində Sizin rəhbərliyinizlə böyük bərpa və quruculuq işləri həyata keçirilir. Qısa müddət ərzində reallaşdırılan bərpa işləri, sözün əsl mənasında, heyrət doğurur. Həmçinin otuz il əvvəl zorla yerindən-yurdundan didərgin salınmış keçmiş məcburi köçkünlərin bu gün öz doğma yurdlarına qayıtmaları çox sevindiricidir.

Siz Azərbaycanın yeni tarixini yazdınız. Sizin rəhbərliyinizlə bu gün Azərbaycan beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəliklərini layiqincə yerinə yetirən ölkə kimi qəbul olunur. Praqmatik və rasional düşüncəli Lider olaraq davamlı siyasi sabitlik, təhlükəsizlik, sülh üçün gördüyünüz işləri səmimi-qəlbdən dəstəkləyirik. Əminik ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir.

Möhtərəm cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və Azərbaycanı daha yüksək zirvələrə aparan yolda böyük uğurlar diləyirəm.

Hörmətlə,

İlhan AŞKIN,

Niderlanddakı Azərbaycan-Türk Mədəniyyət

Dərnəyinin rəhbəri.