Ölkəmizə gələnlərin sayı 713 min nəfər olub
Sosial həyat

Ölkəmizə gələnlərin sayı 713 min nəfər olub

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 176 ölkəsindən 713,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 32,4 faizi Rusiya Federasiyası, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstan, 4,9 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Səudiyyə Ərəbistanı, 1,9 faizi Özbəkistan, 1,6 faizi  Belarus, 1,5 faizi Ukrayna, 1,3 faizi Böyük Britaniya, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,1 faizini kişilər, 25,9 faizini qadınlar təşkil etmişdir

2022-ci ilin yanvar-may ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 296,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 38,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,5 faiz azalaraq 103,1 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir. 

2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olmuşdur.

                                                                                                              “Respublika”.