Ombudsman “Qarabağın dirçəlişi: faciədən zəfərə (Azərbaycan intibahının hekayəsi)” adlı kitabla bağlı müsahibə verib
Digər xəbərlər

Ombudsman “Qarabağın dirçəlişi: faciədən zəfərə (Azərbaycan intibahının hekayəsi)” adlı kitabla bağlı müsahibə verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Media Prima Advertising” şirkətinin rəhbəri Qrem Vilsona müsahibə verib.

Qurumun mətbuat xidmətinin məlumatında bildirilir ki, britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan “Qarabağın dirçəlişi: faciədən zəfərə (Azərbaycan intibahının hekayəsi)” adlı kitabı ilə bağlı müsahibə zamanı Ombudsman Ermənistan tərəfindən ölkəmizə qarşı törədilmiş müharibə cinayətləri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət, eləcə də postmünaqişə dövründə reinteqrasiya prosesi barədə məlumat verib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən danışan Müvəkkil Birinci Qarabağ müharibəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşdüyünü, onların taleyi ilə bağlı hələ də məlumat əldə olunmadığını bildirib.

S.Əliyeva regionda dinc birgəyaşayışın təmin olunması ilə bağlı tədbirlərin əhəmiyyətindən danışıb, ölkəmiz tərəfindən erməni əsilli sakinlərin hüquqlarının təmini və reinteqrasiyası istiqamətində addımların atıldığını qeyd edib. O, Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsinin daim diqqət mərkəzində olduğunu, Ombudsmana müraciət etmək üsulları ilə bağlı açıqlamaların verildiyini, eyni zamanda, Xankəndi şəhərində erməniəsilli sakinlərlə görüşdüyünü, onların hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlandığını bildirib.

“Respublika”.