Otto İzso:
Sosial həyat

Otto İzso: "Soltanlı kəndində tikiləcək məktəb Macarıstandan hədiyyədir"

Cəbrayıl rayonunun Soltanlı kəndində tikiləcək məktəb Macarıstan hökumətinin Azərbaycana hədiyyəsidir.

Bu sözləri Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən "KESZ" şirkətlər qrupunun rəhbəri Otto İzso kəndin təməlqoyma mərasimində bildirib.

Onun sözlərinə görə, bu məsələ iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək: "Kəndin tikinti işlərini görmək bizim üçün əlamətdar hadisədir. Çox şadıq ki, bu iş bizə həvalə olunub. Ümid edirik ki, tezliklə bu kəndin sakinləri yüksək standartlara cavab verən evlərində xoşbəxt yaşayacaqlar".