“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316; 2005, № 4, maddə 272; 2008, № 6, maddə 460; 2014, № 11, maddə 1355; 2015, № 4, maddə 362; 2020, № 5, maddə 512; 2021, № 12, maddə 1315; 2023, № 4, maddə 453) aşağıdakı dəyişikliklər edilsin:

1. 10.1-ci maddəyə “ov yerlərinin” sözlərindən sonra “, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının” sözləri əlavə edilsin.

2. 14.3-cü maddədən “və üzvlük bileti” sözləri çıxarılsın.

3. 18.2.2-ci maddəyə “hər il” sözlərindən əvvəl “ovçular cəmiyyətinin üzvü olduğu halda” sözləri əlavə edilsin.

4. 19-cu maddə üzrə:

4.1. 19.0.1-ci maddə ləğv edilsin;

4.2. 19.0.2-ci maddədə “qurtardıqda” sözü “bitdikdə” sözü ilə əvəz edilsin;

4.3. 19.0.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“19.0.8. heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda.”

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 24 oktyabr 2023-cü il.