Pakistanda terror aktı nəticəsində 52 nəfər həlak olub
Dünya xəbərləri

Pakistanda terror aktı nəticəsində 52 nəfər həlak olub

Pakistanın Bəlucistan əyalətində yerləşən məscidlərin birinin yaxınlığında Mövlud Qəndili keçirmək üçün toplaşmış insanların arasında partlayış törədilib.

"Respublika" "TRT Haber"ə istinadla xəbər verir ki, partlayış nəticəsində biri polis olmaqla 52 nəfər ölüb, 130-dan çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə və təcili tibbi yardım xidmətlərinin əməkdaşları çalışır.

Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib. 

Nurcan SÜLEYMANOVA

"Respublika"