Türkiyə və Rusiya Prezidentləri telefonla danışacaqlar
Dünya xəbərləri

Türkiyə və Rusiya Prezidentləri telefonla danışacaqlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı çərşənbə günü baş tutacaq. 

"Respublika" xəbər verir ki, bu barədə "Cümhuriyyet" nəşri məlumat yayıb. Bildirilib ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin müvafiq sualına cavabında deyib. 

Peskov, həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ankaraya səfərinin vaxtı hələ dəqiqləşdirilməyib. 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını avqust ayında Türkiyədə gözlədiyini dəfələrlə bəyan edib. 

Jalə QASIMZADƏ, 

"Respublika".