Prezident İlham Əliyevin Bolqarıstana səfəri bu ölkənin KİV-lərində geniş işıqlandırılıb
Digər xəbərlər

Prezident İlham Əliyevin Bolqarıstana səfəri bu ölkənin KİV-lərində geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri bu ölkənin KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, bu ölkənin "Business.dir.bg", "BTA.bg", "24chasa.bg", "Focus News", "Novini.bg", "Manager.bg", "StandartNews.com", "Banker.bg", "Utroruse", "Novini247", "News.bg" kimi nüfuzlu xəbər portallarında nəşrlərdə dərc olunan yazılarda aprelin 25- Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) "Eustream" (Slovakiya) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasiminin keçirildiyi vurğulanıb. Bildirilib ki, Anlaşma Memorandumunu Azərbaycanın, Bolqarıstanın, Macarıstanın, Rumıniyanın Slovakiyanın müvafiq sahə üzrə nazirləri imzalayıblar.

Qeyd olunub ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir. Vurğulanıb ki, əlavə qaz tədarükü "Həmrəylik Halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

"Business.dir.bg", "24chasa.bg" xəbər portallarının, "StandardNews" nəşrinin yaydıqları informasiyalarda oxucuların diqqətinə çatdırılıb ki, imzalanan bu saziş Bolqarıstanın ("Bulqartransqaz"), Rumıniyanın (Transqaz), Macarıstanın (FGSZ), Slovakiyanın (Eustream) qaz nəqli sistemləri operatorları Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafı üçün nəzərdə tutulub. Bildirilib ki, təşəbbüs Bolqarıstan tərəfindən irəli sürülüb Avropa Komissiyası tərəfindən dəstəklənib. Layihə Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın mövcud qaz nəqli infrastrukturundan istifadə etməklə Azərbaycandan əlavə həcmdə təbii qazın ötürülməsinə imkan verəcək. Bu, həmçinin Bolqarıstanın regionun digər ölkələrinə təbii qaz təchizatının başlanğıc nöqtəsi olan ölkə kimi mövqeyini daha da gücləndirir.

"BTA" milli xəbər agentliyi, "UtroRuse", "Novini247" saytları isə yazıb ki, Bolqarıstan Azərbaycan prezidentləri Rumen Radev İlham Əliyevin iştirakı ilə Sofiyada Avropa İttifaqına təbii qaz tədarükünün təhlükəsizliyinin artırılması məqsədilə anlaşma imzalanıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı Rumen Radevin dəvəti ilə Bolqarıstanda səfərdədir. Agentliyin xəbərində Bolqarıstan Prezidenti Rumen Radevin tədbirdə söylədiyi fikirlərə yer verilib. Prezident deyib ki, Azərbaycan təkcə Bolqarıstanın deyil, həm Avropa İttifaqının strateji tərəfdaşıdır. O qeyd edib ki, bu gün imzalanan memorandum iki ölkə arasında tərəfdaşlığı gücləndirir yeni imkanların aşkarlanmasına yönəlib.

"Focus-news", "Manager.bg", "Banker.bg" xəbər portallarının yaydıqları xəbərlərdə diqqətə çatdırılıb ki, Anlaşma Memorandumunun imzalanması mərasimindən sonra prezidentlər Rumen Radev İlham Əliyev Sofiyada SOCAR-ın ofisinin açılışında iştirak ediblər. Qeyd edilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin Bolqarıstanda nümayəndəliyinin açılması haqqında ötən ilin sentyabrında iki dövlət başçısı arasında razılıq əldə olunub. Sonra Prezident İlham Əliyev Rumen Radevin dəvəti ilə Bolqarıstana rəsmi səfər edib. Səfər çərçivəsində Yunanıstan ilə Bolqarıstan arasında qaz interkonnektorunun rəsmi açılış mərasimi keçirilib.

"News.bg" saytı isə Bolqarıstan Prezidenti Rumen Radevə istinadən qeyd edib ki, Azərbaycan etibarlı ticarət iqtisadi tərəfdaşdır. Qlobal strateji dəyişikliklərə baxmayaraq, müqavilə öhdəliklərinə ciddi əməl edən Bolqarıstan artıq bir ildir Azərbaycandan təbii qaz alır. Həmçinin vurğulanır ki, Bolqarıstan ilə Azərbaycan arasında uğurlu uzunmüddətli strateji tərəfdaşlıq mövcuddur. Diqqətə çatdırılıb ki, Rumen Radev bütün regionu səmərəli, sürətli şəkildə ucuz qiymətə təbii qazla təmin etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib, imzalanmış Anlaşma Memorandumunun yeni imkanlar açacağına, ölkələr arasında qaz nəqli şəbəkəsini genişləndirəcəyinə inandığını deyib. "Biz artıq başqa daha vacib layihələr gələcəyin enerjisinin - yaşıl hidrogenin ötürülməsi haqqında danışmağa başlayırıq, çünki bunu etmək üçün bütün əsaslarımız var", - deyə Rumen Radev vurğulayıb.

Bolqarıstan mətbuatında, o cümlədən televiziya kanallarında çıxış edən ekspertlər Azərbaycan Prezidentinin səfərinin Avropanın enerji təhlükəsizliyi, həmçinin region üçün mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıblar.