Prezident seçkilərinə yekun vurulub - İlham Əliyev 92,12 % səslə qalib gəlib
Gündəm

Prezident seçkilərinə yekun vurulub - İlham Əliyev 92,12 % səslə qalib gəlib

Mərkəzi Seçki Komissiyası fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinə yekun vurub. 

"Respublika" xəbər verir ki, Komissiyanın bu gün keçirilən iclasında seçkilərin nəticələrinə dair protokol təsdiq edilib.

Protokol müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, prezident seçkilərində Prezident İlham Əliyev 92,12 % səs toplayaraq qələbə qazanıb. 

Konstitusiya Məhkəməsinin qərarından sonra prezidentin andiçmə mərasimi keçiriləcək. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.