PROBLEMLƏR HƏLL EDİLİR
Region

PROBLEMLƏR HƏLL EDİLİR

"Respublika" qəzeti bölgələrdə əhalini narahat edən həlli vacib məsələləri öz səhifələrində işıqlandırmaqla oxucuların rəğbətini qazanıb. Bunu sakinlərin redaksiyaya ünvanladığı müraciətlərdə aydın görmək olar.

Qəzetin 15 sentyabr 2023-cü il tarixli sayında "Tovuz elektrik təsərrüfatında problemlər həllini tapmır" sərlövhəli yazıda rayonun Vahidli kənd sakinlərinin müraciəti əsasında elektrik təsərrüfatında mövcud problemləri, kəndin ərazisində elektrik dayaqlarının yararsız vəziyyətdə olması və digər xoşagəlməz vəziyyət qeyd olunmuşdu.

Tənqidi yazıdan sonra Vahidli kəndində yenidənqurma işlərinə başlanılıb, köhnə, qəzalı vəziyyətdə olan işıq dirəkləri yeniləri ilə əvəz olunub.

Rayon Elektrik Şəbəkəsi İdarəsinin rəhbərliyindən aldığımız məlumata görə, kənddə mövcud olan problemlər yaxın günlərdə tamamilə öz həllini tapacaqdır.

Vəli VƏLİYEV,

"Respublika".